09:22 Bazar Günü, 27 May 2018
SİYASƏT

“Bütün əlillər istəyirlər ki, İlham Əliyev prezident seçilsin” – Hadi Rəcəbli

14:51, 07.02.20182432
“Bütün əlillər istəyirlər ki, İlham Əliyev prezident seçilsin” – Hadi Rəcəbli

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərindən danışıb.

Hadi Rəcəbli qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevə uğurlar arzu edib.

H.Rəcəbli aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərdə ölkə başçısı İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq, qələbə qazanacağına əmin olduğunu söyləyib:

"Biz bu gün keçirilən iclasda əlillərin problemlərini müzakirə edirik. Bu məsələ hər zaman möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısında olub.

Ona görə də bütün əlillər istəyir ki, qarşıdan gələn seçkilərdə möhtərəm İlham Əliyev yenidən prezident seçilsin. Cənab İlham Əliyevin yenidən prezident seçilməyi bütün əlillərin ürəyindən olacaq. Çünki bütün əlillərin ən böyük dayağı möhtərəm prezidentimiz İlham Əliyevdir”.

 


XƏBƏR LENTİ