00:39 Cümə, 15 Dekabr 2017
Maqazin

Böyrək çatışmazlığından əziyyət çəkən aktyorun səhhətində son durum - FOTO

15:38, 06.12.2017442
Böyrək çatışmazlığından əziyyət çəkən aktyorun səhhətində son durum - FOTO
Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov böyrək çatışmazlığından əziyyət çəkir. Heydər Əliyev Fondu aktyorun müalicə xərclərini öz üzərinə götürüb.

AZXEBER.COM xəbər verir ki, oxu.az-ın əməkdaşı aktyorun səhhəti ilə maraqlanıb.

"Hazırda müayinə olunmağa gedirəm. Son vaxtlar səhhətimlə bağlı ciddi problemlər yaşamıram.  Əvvəlki vaxtlarla müqayisədə vəziyyətim normaldır”, - deyə o söyləyib.
 
Aktyor yaradıcılığı barədə də danışıb. O bildirib ki, bu yaxınlarda Türkiyənin Adana şəhərindən qastrol səfərindən qayıdıb. Orada türkiyəli tamaşıçılara "Zəng” tamaşası nümayiş etdirilib.
 
"Ötən ayın 26-da isə xeyriyyə aksiyası keçirdik. Əldə olunan gəlir xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Ülviyyə Həsənqızı üçün ayrılmış bank hesabına köçürüldü”, - deyə o, sözlərinə əlavə edib.
 

0
XƏBƏR LENTİ