02:44 Bazar Günü, 18 Avqust 2019
SAĞLAMLIQ

Böyrək xəstələri üçün möhtəşəm yenilik

10:42, 20.06.20132967
Böyrək xəstələri üçün möhtəşəm yenilik

Türkyiədə elm adamları lazer vasitəsilə insan böyrəyində 3.5 santimetrdən daha böyük olan daşları toz halına salan və sidik borusu ilə ifrazını təmin edən “İbn Sinan” adlı robot ixtira ediblər.

ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə böyrəyində daş olanların 4 faizini kişilər, 3 faizini isə qadınlar təşkil edir. Hazırda “İbn Sinan” robot var deyə, bu cür xəstələrə açıq cərrahiyyə əməliyyatları keçirilməyəcək. 

İlk öncə “Fleksibil uretrorenoskop” aləti xəstə insanın sidik borusu ilə böyrəyə yeridiləcək və böyrəyin içində daşın olub-olmadığı müəyyənləşdiriləcək. Bundan sonra alət “İbn Sinan” adlı robota birləşdiriləcək. Nəticədə lazer vasitəsilə böyrəkdə olan daşlar toz halına salınacaq. Daşların toz halına salınması prosesi böyrəkdə olan daşın böyüklüyünə görə 30-120 dəqiqə çəkir. Bir millimetrdən daha kiçik hissəciklərə ayrılan daşlar sidik borusu ilə ifraz olunur. Bu zaman xəstə özündə heç bir narahatlıq hiss etmir. Xəstə əməliyyatın sabahı günü xəstəxanadan birbaşa işinə gedə bilər. Böyrəyində yenidən daş əmələ gələn xəstələrdə eyni əməliyyat bir daha tekrarlana bilər. Bunun insan orqanizminə heç bir mənfi təsiri yoxdur. 

XƏBƏR LENTİ