"Böyük saray"da fantastik menyu qiyməti: 1 nəfər üçün 300 manat

19 Aprel 2017, 15:14
AAA
Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova toy mərasiminin 400 min dollara başa gəlməsi barədə yayılan xəbərlərə mediada aydınlıq gətirib.
 
Toylarının Bakıda yerləşən "Böyük Saray" şadlıq evində olduğunu deyən Aysel bildirib ki, bütün xərcləri yoldaşı və onun ailəsi çəkib. 
 
Musavat.com isə kiçik bir araşdırma ilə həmin şadlıq sarayındakı qiymətlər və detallarla maraqlanıb. Şadlıq sarayından əməkdaşımıza bildirildi ki, burada 3 cür menyu var və onların da fərqli qiymətləri var. Adambaşına bir nəfərlik masanın minimal qiyməti 220 manatdan başlanır. Digər menyulara keçək: 250 və 300 manatlıq. Şadlıq saraylarındakı zallar böyük həcmli olduğu üçün ora 400 nəfərdən aşağı qonaq qəbul edilmir. "Böyük Saray”dan öyrəndik ki, qonaqlar daha çox 800 nəfərlik orta zalı tərcih edirlər.
 
Amma ikinci mərtəbədə yerləşən 1620 nəfərlik zal da toy və iri mərasimlər üçün nəzərdə tutulub. İndi gəlin elementar hesablama aparaq. Hesab edək ki, toya 400 nəfər çağırılıb və ən "ucuz” menyu olan 220 manatlıq menyu seçilib. Bu, ev sahibinə 88.000 manata başa gəlir. Yox, əgər, menyu 250 manat, qonaqların sayı isə 800 nəfərdirsə, bu, 200.000 manatlıq xərc deməkdir. Ən maksimal həddi də hesablayaq. 300 manatlıq menyu və 1620 nəfər qonaq. Bu halda da toy sahibi şadlıq sarayına 486.000 manat ödəməlidir. Yəni, təxminən yarım milyona yaxın vəsait... Orta statistik azərbaycanlının ağlına gələn ən birinci sual isə 220 manatlıq menyuda qonaqlara nə təqdim olunmasıdır. Şadlıq sarayından bildirdilər ki, onlar çoxluq yox, keyfiyyət prinsipinə önəm verirlər.
 
Qonaqlarına daha çox brend içkilər, bahalı qəlyanaltılar təqdim edirlər. Bundan başqa, menyuların arasındakı qiymət fərqi həm də də içkilərin sayı, keyfiyyəti ilə bağlıdır. Daha bir məqam isə ondan ibarətdir ki, sözügedən qiymətlərə nə müğənni, nə də fotosessiya xərcləri daxildir. Yəni, şadlıq sarayı qonaqlara və ev sahibinə ekstra hansısa xidmət təklif etmir. Bunun üçün toy sahibi əlavə pul ödəməlidir. Bu halda toyun 400 min dollara başa gəlməsi ilə bağlı deyilənlər də inandırıcıdır. Sıradan müğənnilərin belə fonoqramla yarım saat çıxış üçün 5000 manat tələb etdiyini nəzərə alanda... bunun müğənni, gəlinlik, maşın, fotosessiya...və ağlınıza gələcək-gəlməyəcək minlərlə əlavə xərcini də hesaba qatıb, yazılanların fantaziya olmadığı qənaətinə vara bilərik.

Oxunma sayı : 55237

SON XƏBƏRLƏR
Xaçmazda meşə zolağında yanğın söndürülüb - YENİLƏNİB - 20 Sentyabr 2017, 23:44
"Ac-yalavac birini neynirəm?" - Mətanətin toyu təxirə düşdü - 20 Sentyabr 2017, 23:16
Həbsxana həyatı yaşamış məşhur idmançılarımız - SİYAHI - FOTO - 20 Sentyabr 2017, 22:45
Neftçilərin dostu, Yeni "Əsrin müqaviləsi"... - Neftçilər günündə fərqləndirdiklərimiz - 20 Sentyabr 2017, 22:25
Avropa Liqasının final matçı Bakıda keçiriləcək - 20 Sentyabr 2017, 22:06
Könül Xasıyeva ona 70 min atan müğənnini bağışlayıb - 20 Sentyabr 2017, 21:36
18 yaşlı oğlan hamamda huşsuz vəziyyətdə tapılıb - 20 Sentyabr 2017, 20:55
Xaçmazda meşə yanğını başlayıb - 20 Sentyabr 2017, 20:28
Ukrayna Rusiyadan 5 milyard dollar tələb edir - 20 Sentyabr 2017, 19:56
2019-cu ildə Avropa Liqasının final matçı Bakıda keçiriləcək - 20 Sentyabr 2017, 19:23
İlham Əliyev BMT-də 2 yaşlı Zəhranın qətlindən danışdı - 20 Sentyabr 2017, 18:05
“Baku Bus”-ın 1 saylı avtobusundan şikayət- sərnişinlər evlərinə gedib çıxa bilmir - 20 Sentyabr 2017, 18:03
"Qarabağ" - "Roma" oyununa biletlərlə bağlı açıqlama - 20 Sentyabr 2017, 17:56
"Bu Prezidentimizin Azərbaycan gəncliyinə diqqətinin göstəricisidir" - 20 Sentyabr 2017, 17:52
Bu gün azərbaycanlı teleaparıcının toyudur - 20 Sentyabr 2017, 17:36
7 il ana ola bilməyən Əzizə üçəm dünyaya gətirdi – VİDEO - 20 Sentyabr 2017, 17:26
Xanımını lüt soyundurub işgəncə verən ər həbs edildi - 20 Sentyabr 2017, 17:26
Qəzaya düşən bu uşağın valideynləri axtarılır - 20 Sentyabr 2017, 17:23
Bakıda minə yaxın küçə iti sığınacağa verilib – RƏSMİ - 20 Sentyabr 2017, 17:18
"Eldar Mahmudov bizdən nə istəyirdi?!"- intihar edən polkovnikin qardaşı - 20 Sentyabr 2017, 16:59
“Nar Home”-dan “Aylıq yox, günlük ödə!” təklifi - 20 Sentyabr 2017, 16:52
Türkiyədə polis helikopteri qəzaya uğrayıb: Bir ölü, bir yaralı - 20 Sentyabr 2017, 16:48
DYP-dən uşaqlarını məktəbə aparan valideynlərə - Xəbərdarlıq - 20 Sentyabr 2017, 16:43
Azərbaycanda yeni gənclər hərəkatı yaradıldı: "Cavan" - 20 Sentyabr 2017, 16:30
Çovdarov məhkəmədə son sözünü deyəcək - 20 Sentyabr 2017, 16:25
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - 20 Sentyabr 2017, 16:12
"Neymara kömək etməliyik" - Kavani - 20 Sentyabr 2017, 16:02
Prezidentin Lənkəran səfəri – Taleh Qaraşovla Müşviq Rəhimov ifşa oldu – Detallar - 20 Sentyabr 2017, 16:00
Mikayıl Cabbarova yeni vəzifə verildi - 20 Sentyabr 2017, 15:48
Dünya çempionunu öldürən Anardan yeni xəbər - 20 Sentyabr 2017, 15:40
Əli Kərimli yenə tək qaldı: "Mitinqə yalnız dost, tanışı gələcək" - 20 Sentyabr 2017, 15:13
Göygöldə əhali içməli suya həsrət qalıb: İcra Hakimiyyəti suyu satır - 20 Sentyabr 2017, 15:12
Şagirdini hamilə qoyan müəllim azadlığa buraxıldı - 20 Sentyabr 2017, 15:05
Faiq Ağayev Ədalət Şükürovu biabır etdi: "O özü üçün danışır" - 20 Sentyabr 2017, 15:03
Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu - FOTO - 20 Sentyabr 2017, 14:46
"Azərbaycan şou-biznesində 10 nəfər kişi yoxdur" - Manaf əsəbiləşdi - 20 Sentyabr 2017, 14:38
Ziya Məmmədovun bacısı niyə “yoxlanılır” - İlginc təfərrüat - 20 Sentyabr 2017, 14:30
QMİ-nin saytı fəaliyyətini dayandırdı - 20 Sentyabr 2017, 14:16
Bakı metrosunda "wi-fi" olacaq? - 20 Sentyabr 2017, 14:00
Lütfi Zadənin oğlu atasının dəfnində iştirak etməyəcək - 20 Sentyabr 2017, 13:51
İcra başçısı bu gün qız köçürür - Süleyman Mikayılov kimlə qohum oldu? - 20 Sentyabr 2017, 13:38
Nazim İbrahimovla bağlı qalmaqal - “Mənə 159 min borcu var” - 20 Sentyabr 2017, 13:26
“Şeyxin oğlu 2 rükət namazı güclə qılır” - Hacı Qalib - 20 Sentyabr 2017, 13:09
Nazirlik araşdırmaya başladı: Ziya Məmmədovun bacısı işdən çıxarıldı? - 20 Sentyabr 2017, 13:02
Azərbaycanda ana doğuşdan sonra müəmmalı şəkildə öldü: "Ağzından köpük gəlirdi, çırpınırdı" - 20 Sentyabr 2017, 12:41
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10