08:21 Cümə Axşamı, 20 Iyun 2019
Maqazin

"Camaatın qızını bazarda satırlar?" - Manaf Ağayev

14:19, 22.05.20195714

Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda bayağı mahnılar mövzusuna xüsusi yer ayırıb.

Aparıcı toylarda səsləndirilən bir çox köhnə mahnılarımızı bu qəbildən mahnılara daxil edib.

Tolik efirdə bayağı hesab etdiyi bir neçə mahnının adını çəkib:

"Elə mahnılar var ki, mən o mahnını qəbul edə bilmərəm. Bəy gəlinlə oynayır və o məqamda oxuyur ki, "Allah bu ceyranı hardan almısan. Yalvarıb-yalvarıb tora salmısan". Elə bil camaatın qızı balıqdı, tor atıb tutub. Bazarda satırlar bəyəm camaatın qızını?! Bu bayağılığın bir növüdür. Sonra deyir "Budur gəlir cüt bacı, biri başımın tacı". Birincisi baldız baş tacı ola bilməz. Baş tacı olar ana, qayınana". 

Manaf Ağayev aparıcının sözlərinə "Yazan elə yazıb da. "Bağa girdim üzümə, tikan batdı dizimə. Əyildim çıxartmağa, yar sataşdı gözümə". Ayaq altında yar olur?" ifadələri ilə reaksiya verib.

Manafın sözləri Şəbnəm Tovuzlunun gülüşünə səbəb olub.

Milli.Az

XƏBƏR LENTİ