BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Cavan qalmaq istəyən əkiz bacılar qocalmadan öləcəkdilər - Foto

Cavan qalmaq istəyən əkiz bacılar qocalmadan öləcəkdilər - Foto
MARAQLI
22:38 29.02.2020
6356
Dünyanın ən çox bir-birinə oxşayan əkizləri adını alan bacılar gözəllik proseduru zamanı ölüm riski ilə üzləşiblər.

Bu barədə "New York Post" xəbər yayıb.

Məlumata görə, hadisə Avstraliyanın Pert şəhərində 34 yaşlı Anna və Lüsi Desink bacılarının başına gəlib.

Belə ki, krioterapiya zamanı Lüsi huşunu itirib.

"Lüsini döşəmədə, huşsuz vəziyyətdə gördüyümü xatırlayıram. Kriokabinədə oksigen yox idi. O, nəfəs almırdı. Onu ayılda bilmirdim", - deyə Anna olanları xatırlayıb.

Lüsi isə başına gələnlər barədə bunları deyib: "Mən ölmüşdüm. Düz bir dəqiqə ölmüşdüm".

O, nə baş verdiyini özünün də anlamadığını deyir.

Lüsi "öldükdən" bir dəqiqə sonra reanimasiya edilib.

"Bu hadisə məndən çox Annaya təsir edib. Çünki o mənim ölümümü gördü", - deyə Lüsi bildirib.

Qeyd edək ki, krioterapiyada pasientin orqanizmi 70-130 dərəcə aşağı temperaturda soyudulmuş qaza salınır. Müalicə adətən piylənmənin profilaktikası və müalicəsi, dərinin cavanlaşması və sair bu kimi məqsədlərlə həyata keçirilir.

Desink bacıları maksimum bənzərlik üçün plastik əməliyyatlara yüz minlərlə dollar xərcləyib. Lakin sonradan bu addımdan peşman olduqlarını deyiblər. Onlar demək olar ki, həmişə bir yerdədirlər və eyni çəkidə qalmaq üçün eyni pəhrizə riayət edirlər. Qızların hətta sevgilisi də eyni adam olub.
 

Ölkə.az

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR