14:39 Cümə, 20 Iyul 2018
GƏNCLİK

"Cavan"dan gənclərə fürsət: Cümhuriyyətin parlamentinə üzv olun

12:05, 21.05.20185379

"Cavan” Gənclər Hərəkatı İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) dəstəyi ilə "Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası" layihəsinə start verir.

AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində 120 gənc seçilərək onların iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası təşkil olunacaq. Simulyasiyada həmin dönəm Parlamentdə müzakirə olunmuş mövzular yenidən müzakirəyə çıxarılacaq, gənclərin fikirləri dinlənəcəkdir.

İştirak etmək arzusunda olan gənclər CV və Motivasiya məktubunu [email protected] ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 25 may

 

 

 

 


 
Xatırladaq ki, "Cavan” Gənclər Hərəkatı İctimai Birliyi 2017-ci ildə yaradılıb və əsas məqsədi Azərbaycan gəncliyini narahat edən məsələlərlə yaxından maraqlanaraq onların həlli istiqamətində dövlətimizin gördüyü işlərə dəstək olmaqdır
XƏBƏR LENTİ