00:52 Cümə, 15 Dekabr 2017
SOSİAL

Cavanşir Qurbanovun ailəsi Prezidentə təşəkkür etdi

15:45, 07.12.2017407
Cavanşir Qurbanovun ailəsi Prezidentə təşəkkür etdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Cavanşir Qurbanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında idman sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Kazım oğlu Qurbanov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
AZXEBER.COM xəbər verir ki, tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov bu sərəncama Prezidentə təşəkkür edib.

Cəlal Qurbanov ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib: 

"Möhtərəm və Əziz Prezidentimiz, İlham Əliyev cənabları! Atam Qurbanov Cavanşir Kazım oğlunun 70 illik yubileyi münasibəti ilə Sizin 6 dekabr 2017-ci il tarixli sərəncamınızla 2-ci dərəcəli " Vətənə xidmətə görə " ordeni ilə təltif olunması bütün ailəmizin, dostlarımızın böyük sevincinə səbəb olmuşdur. Atama göstərdiyiniz bu diqqət və etimada görə Qurbanovlar ailəsi adından dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk. Müxtəlif sahələrdə ölkəmizin inkişafında xidmətləri olan insanlara tərəfinizdən göstərilən böyük diqqət, verdiyiniz dəyər onlar üçün böyük şərəfdir və biz də böyük hadisənin bir parçası olduğumuz üçün böyük fərəh hisləri keçiririk. Ailə üzvlərimiz, Cavanşir müəllimin övladları və nəvələri Sizin rəhbərliyiniz altında Azərbaycanımızın inkişafı yolunda daim sədaqətlə xidmət edəcəyik. Bu Cavanşir Qurbanovun övladlarına və bütün gənclərə daim əsas tövsiyəsidir.

Cənab Prezident! Bir daha bütün ailəmiz adından Sizə minnətdarlığımızı, dərin hörmət və ehtiramımızı bildiririk".

Qeyd edək ki. Cavanşir Qurbanov bu günlərdə 70 illik yubileyini qeyd edib. 

 

 

0
XƏBƏR LENTİ