00:18 çərşənbə Axşamı, 23 Oktyabr 2018
MARAQLI

"Cazibədar qız görəndə şeytan sizi yoldan çıxartmırsa, ya kişiliyinizi itirmisiniz, ya da...."

14:09, 27.12.20171839

"Ya mənim düşüncələrim normal deyil, ya da şeytan həmin kişiləri yoldan çıxartmır. Gənc qızın bədən cizgilərini görəndə şeytan sizi yoldan çıxartmırsa, ya kişiliyinizi itirmisiniz, ya da imanınızı...

İdman dərslərində qızlar kişilərin qarşısında bədən cizgiləri bilinən paltarlar geyinib, kişilərin qarşısında əyilib qalxırlar. Bu zinadır. Bədən tərbiyəsi adı ilə qızlara zina etdirirlər. Bu isə ataların vecinə də deyil, həm də müsəlman atanın..."

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Konya şəhərinin Selçuklu mahalının "Ayşe-Kemal İnanç Kız Anadolu İmam Hatip Lisesi"ndə fəlsəfə dərsi keçən müəllim Ercan Harmancı yuxarıda qeyd olunan sözləri işlətdiyinə görə vəzifəsindən uzaqlaşdırılıb. Onun bu sözləri məktəbdə etiraza səbəb olub. Onunla bağlı nazirliyə müraciət edilib. Nazirlik şikayətləri nəzərə alaraq müəllimi vəzifəsindən kənarlaşdırıb.

XƏBƏR LENTİ