15:03 Cümə Axşamı, 22 Fevral 2018
MEDİA

Cebhe.info və “Cümhuriyət”in 2 yaşı tamam olur

13:32, 01.09.2017364
Cebhe.info və “Cümhuriyət”in 2 yaşı tamam olur

1 sentyabrda Azərbaycanın media məkanında özünəməxsus  yeri olan informasiya portallarından biri -Cebhe.info-nun yaranmasının, "Cümhuriyət” qəzetinin isə nəşrini bərpa etməsinin 2 ili tamam olur.

Bu müddət ərzində obyektivliyi və tərəfsizliyi ilə özünməxsus oxucu kütləsi toplayan portal və qəzet alternativ fikirlərin təqdimatında da xüsusi yer tutur, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yenilikləri, habelə dünyada baş verən maraqlı hadisələri oxuculara çatdırır. 

2 il əvvəl sentyabrın 1-dən etibarən fəaliyyətə başlayan sayt və uzun fasilədən sonra nəşrini yenidən bərpa etməyə nail olan qəzet bu müddətdə oxucu etimadını qazana bilib.     

Cebhe.info və "Cümhuriyət” Azərbaycanda yeni fikrin formalaşmasında, cəmiyyəti maraqlandıran məsələlərə diqqət çəkməkdə üzərinə götürdüyü vəzifələrin öhdəsindən gəlməyə çalışır. 

0
XƏBƏR LENTİ