06:16 Cümə, 15 Noyabr 2019
GƏNCLİK

"Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmətlərin təşkili” layihəsi keçirildi

15:34, 03.08.2019679
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Vətəndaş” Tədqiqat və İnkişaf İcitmai Birliyinin təşkil etdiyi "Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmətlərin təşkili” layihəsi çərçivəsində növbəti tədbir Tərtər rayonunda keçirildi.

AZXEBER.COM xəbər verir ki, tədbirdə "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin icraçı direktoru Günel Səfərova layihə barədə danışaraq maarifləndirici təlim keçdi.

Tərtərdə keçirilən tədbirdə həm uşaqlar, həm də valideynləri iştirak edirdi. Valideynlər sərhəddə atəşkəsin pozulması nəticəsində güllə səslərindən uşaqların qorxduğunu və dinc əhalinin həyatını itirməsi faktının uşaqlarda zədə yaratdığını qeyd etdilər. 

Qeyd olundu ki, bəzi sərhəd kəndlərində hələ də uşaqların səngərdən məktəbə getməyi faktı da onlarda psixoloji problemlər yaradır. Məsələnin həlli üçün daimi və daha geniş əhalini əhatə edən psixoloq fəaliyyətinin olması zəruridir. Buna görə QHT-lərə Dövlət Dəstəyi Şurasına belə layihəni dəstəklədiyi üçün təşəkkür edulib. 

Sonda Uşaqlara təşkilat tərəfindən kiçik hədiyyələr, buklet verildi və psixoloji test keçirildi.


XƏBƏR LENTİ