17:01 şənbə, 16 Dekabr 2017
SOSİAL

Milli Qəhrəmanın adını daşıyan məktəbin ərazisini satdılar – Cəlilabadda özbaşınalıq (VİDEO)

14:38, 25.09.2017909
Milli Qəhrəmanın adını daşıyan məktəbin ərazisini satdılar –  Cəlilabadda özbaşınalıq (VİDEO)

Cəlilabad şəhərində Milli Qəhrəman Eldar Həsənovun adını daşıyan 3 saylı ümumi orta məktəbinin idman meydançasının satıldığı iddia olunur.

Bu barədə AZXEBER.COM-a göndərdiyi videoda Emil Bayramov adlı oxucu məlumat verib. Oxucu video-müraciətində Milli Qəhrəmanın adını daşıyan sözügedən məktəbin idman meydançasının icra başçısı Əziz Əzizov və onun yaxın adamı Təhsil Şöbəsinin müdirəsi Elminaz Nadirova tərəfindən satıldığını iddia edib. Videoda sözlərinə görə, bu işdə məktəb direktoru Nazim Əliyevin də iştirakı olub.

Sözügedən iddia ilə bağlı video-görüntü göndərən şikayətçi məktəbin hazırda tamamilə yararsız vəziyyətdə olduğunu, dərslərin tövləyə bənzəyən yerdə keçirildiyini bildirib.

Sözügedən iddia ilə bağlı məlumatı dəqiqləşdirmək üçün AZXEBER.COM olaraq Təhsil Şöbəsinin ilə əlaqə saxlamaq çalışdıq. Təhsil nazirliyinin rəsmi saytında qeyd edilən Cəlilabad Rayon Təhsil Şöbəsinə aid (0-2524) 5-52-05 nömrəsinə zəng vurduğumuz zaman nömrənin borcdan bağlı olduğu ortaya çıxıb. 

İddiada adı keçən məktəb direktoru ilə də Təhsil Nazirliyinin rəsmi saytında qeyd edilən nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Redaksiyamıza göndərilən həmin görüntüləri təqdim edirik:

 

 

0
XƏBƏR LENTİ