00:34 çərşənbə, 26 Fevral 2020
Maqazin

Cem Yılmaz arvadını Dubaya apardı - FOTOLAR

09:35, 13.03.20122959
Cem Yılmaz arvadını Dubaya apardı - FOTOLAR

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur şoumeni Cem Yılmaz sevgilisi Ahu Yağtu ilə bir neçə gün bundan öncə evlənib.

AZXEBER.COM portalının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Beyoğlu Pera Palas Otelində baş tutan toy mərasimində jurnalistlər buraxılmasalar da, içərindən bir sıra fotolar mətbuata sızdırılıb.

Toyun ardından balayı üçün Dubaya getmək qərarına gələn cütlük, hava limanında mətbuat nümayəndələrinin suallarını cavablandırmaq istəməyib. Suallarına cavab ala bilməyən jurnalistlər “Sizi narahat etmək kimi bir fikrimiz yoxdur” deməsinə baxmayaraq, tanınmış şou-men “İstəyirsinizsə bizimlə birlikdə təyyarəyə qədər gəlin” cavabını verib.

Jurnalistlərin suallarını cavablandırmayan Cem Yılmaz, bir neçə saat sonra həyat yoldaşı ilə birlikdə Dubaya yola düşüb.

Güləsər Qasımova

XƏBƏR LENTİ