Cəmi 10 ilə milyardlar qazanan azərbaycanlı - FOTOLAR

21 Fevral 2017, 11:36
AAA
 
Haqqında bəhs edəcəyimiz azərbaycanlı milyarder, Rusiyanın "İSR” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilovdur.
 
AZXEBER.COM anv.az-a istinadən hazırlanmış yazını təqdim edir.

İsgəndər Xəlilov kimdir?

Bir neçə ay öncə 62 yaşını tamamlayan İsgəndər Xəlilov 1955-ci il dekabrın 9-da Bakıda anadan olub. İki ali təhsili var. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnib. Daha sonra Moskva Hüquq Akademiyasında hüquqşünas təhsili alıb.

Atasının yolu ilə gedən milyarder...

İsgəndər Xəlilovu digər azərbaycanlı milyaderlərdən fərqləndirən başlıca cəhət onun atasının da vaxtilə çox imkanlı olmasıdır. Bir çox zənginlər uşaqlıq və yeniyetməlik dövrlərində çox böyük maddi sıxıntılar yaşasalar da, İ.Xəlilov hələ uşaqlıqdan hərtərəfli qayğı ilə əhatə olunub. Onun atası Ağasəlim Xəlilov hələ sovet dövründə "gizli iqtisadiyyat”ın təmsilçisi kimi xeyli məşhur idi.

"Qədim-qaim” bakılılar girişində Mehdi Hüseynzadənin abidəsi ucalan köhnə avtovağzalın yanında, kiçik təpəciyin üstündəki "Çənlibel” restoranını yaxşı xatırlayırlar. O dövrdə, pulunun varlığını gizlətmək üçün milyarderlərin bilərəkdən tramvaya – ən ucuz nəqliyyat növünə mindiyi sovet çağında Ağasəlim Xəlilov barmaqla göstərilən zəngin adamlardan idi. 

İsgəndər Xəlilovun "ulduzu” 1988-ci ildə parlamağa başlayır. Belə ki, həmin ildə o "Lukoyl” Neft Şirkəti prezidentinin məsləhətçisi təyin olunur. Üç il bu vəzifədə çalışdıqdan sonra yolunu "Lukoyl”un Türkiyə Nümayəndəliyinin salır. Nümayəndəliyə rəhbərlik edən İ.Xəlilov çox keçmir ki, Bakıdakı "NİKoil Bank” Müşahidə Şurasında sədrlik edir.

Üçbucağın görünən tərəfi: Üç ölkədə "böyüyən sahibkar”

1995-ci ildə yaratdığı "İSR” Şirkətlər Qrupunun Azərbaycan, Rusiya, Türkiyə və İsveçrədə ofis və filialları fəaliyyət göstərir. Holdinq neft məhsullarının daşınması və satışı, yod istehsalı, maşın ticarəti və mehmanxana işi kimi çoxsahəli fəaliyyət sahələri mövcuddur. Bütün zəngin adamlar kimi biznesini xələflərinə əmanət eləmək üçün İ. Xəlilov əsas şirkətində oğullarına da iş yeri tapıb. Onlar "İSR holdinq”in vitse-prezidentləridir.

Xəlilovlar biznes imperiyasının əsas hissəsi Rusiyada yerləşsə də, İsgəndər Xəlilovun Azərbaycandakı fəaliyyəti kifayət qədər gözə çarpır. Əslində İ. Xəlilovun Azərbaycandakı biznes fəaliyyəti heç vaxt gizli qalmayıb. "Hilton Baku Hotel”in sahibi kimi o bu mehmanxanaya ümumilikdə 140 milyon dollar vəsait yatırıb. Nəzərdə tutulan vəsaiti tam toplamaq üçün İsgəndər Xəlilov ona məxsus aksiyaların bir qismini London birjasında hərraca qoyub. Gözəlliyi və dizaynı ilə paytaxtı bəzəyən 23 mərtəbəli otel Bakının mərkəzində, "Hökumət Evi”nin qonşuluğunda yerləşir. "Hilton” onun yeganə oteli deyil. Belə ki, İ. Xəlilov 2010-cu ildə Türkiyənin Bodrum kurort-istirahət mərkəzindəki "Bodrum Princess Oteli” 85 milyon dollar qarşılığında əldə edib və onun adını dəyişdirərək "Hilton” brendi altında fəaliyyət göstərməsinə nail olub. Xəlilov "Hilton Baku Hotel”in yaxınlığında yerləşən keçmiş "Bakı Teleqraf Agentliyi”nin binasını sökərək yerində 5 mərtəbəli yaşayış binası tikib. "Mister Tibot” və "Ramstor” da onun layihəsidir. "İSR-Plaza” mərkəzinin sahibi olan milyarder "McDonalds” şəbəkəsinin də sahibidir. 

Azərbaycanda avtomobil biznesi ilə də məşğul olan İsgəndər Xəlilov "Toyota Center”in sahibidir. Maşın bazarında önəmli yer tutan bu mərkəz dünya maliyyə böhranından xeyli zərər çəkib. 

İ. Xəlilovun "Resurs Treydinq” Açıq Səhmdar Cəmiyyəti Rusiyada dizel yanacağı və neft məhsullarının daşınması ilə məşğul olan ən böyük şirkətlərdən biridir. "Resurs Treydinq”in səhmləri "Trast Kapital” şirkətini isə ona müştərək rəhbərlik edən İsgəndər Xəlilovun övladları Rauf və Rəhim Xəlilov qardaşlarına məxsusdur. 

"Resurs Treydinq” podratçı şirkət qismində "Rusiya Dəmir Yolları” Qapalı QSC-nin elan etdiyi tenderdə qalib gəlib. Layihənin dəyəri 600 milyon dollar təşkil edir.

İsgəndər Xəlilovun varisləri də qollarını çöxdan çırmalayaraq biznesdə atalarına dəstək olurları. Bundan başqa, kiçik oğul Rauf Xəlilov həm də Azərbaycan Xizəksürmə Federasiyasının prezidentidir. 

Milyarderin 1977-ci ildə Bakıda anadan olmuş böyük oğlu Rəhman Xəlilov Cenevrə Universitetinin beynəlxalq biznes fakültəsini bitirib. R. Xəlilov "İSR holdinq”in vitse-prezidenti kimi Neftçalada yod sektorunun inkişafını nəzərdə tutan proqrama nəzarət edir. Eyni zamanda evli və iki uşaq atası olan Rəhman Xəlilov "İSR holdinq”in tərkibinə daxil olan "RİRoil” neft ticarət şirkətinin prezidentidir. 

Xəlilovlar nəslinin qol-budaqları da xeyli məşhurdur. İ Xəlilovun qardaşlarından biri Cavanşir Xəlilov Bakı Əyləncə Mərkəzinin sahibi, eyni zamanda o, Azərbaycan İdman Boulinqi Federasiyasının prezidentidir. 


 

 

Oxunma sayı : 10473

SON XƏBƏRLƏR
Bu xəbərləri yaymaq qadağan edilib - Cərimələnə bilərsiniz - 25 Noyabr 2017, 13:27
Marşrut sahiblərinə XƏBƏRDARLIQ - 25 Noyabr 2017, 13:20
"Aparıcı bakirə olmamalıdır" söhbətinə xanım aparıcılardan maraqlı - Cavablar - 25 Noyabr 2017, 13:16
“Azərbaycan iqtisadiyyatını dəyişdiririk” - İlham Əliyev - 25 Noyabr 2017, 13:14
Bazar günü hava yağmursuz olacaq - 25 Noyabr 2017, 12:44
Bakı metrosunda sərnişinlərə qənim kəsilən qadın tutuldu - 25 Noyabr 2017, 12:32
Ərdoğan aktrisanı tənqid etdi - 25 Noyabr 2017, 11:37
“Çelsi”nin Bakıdan Londona təhlükəli uçuşu - 25 Noyabr 2017, 11:15
Natiq Qədimovun həyat yoldaşı : “Əlvida” demirəm Natiq, görüşəcəyik...” - 25 Noyabr 2017, 00:00
“Şirin”in toyundan – FOTOLAR - 24 Noyabr 2017, 23:54
İlham Əliyevin Brüsselə səfəri başa çatıb – FOTO - 24 Noyabr 2017, 22:46
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünü dəstəklənib - 24 Noyabr 2017, 21:29
Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib - 24 Noyabr 2017, 20:50
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq - 24 Noyabr 2017, 18:15
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - 24 Noyabr 2017, 18:14
“Beşiktaş”ın izi ilə gedəcəyik” – Qurban Qurbanov - 24 Noyabr 2017, 18:10
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək - 24 Noyabr 2017, 18:09
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə - 24 Noyabr 2017, 17:49
Lider TV-də müzakirə: "Efirə çıxan aparıcı bakirə olmamalıdır" - VİDEO - 24 Noyabr 2017, 17:43
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı - 24 Noyabr 2017, 17:31
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə - 24 Noyabr 2017, 17:31
"Muğanbank"da "Forex" qalmaqalı: 300 minlik dələduzluq - 24 Noyabr 2017, 17:30
"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik - 24 Noyabr 2017, 17:18
Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər" - 24 Noyabr 2017, 17:00
Dino Ndlovu "Qarabağ"dan gedir? - 24 Noyabr 2017, 16:53
Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb - 24 Noyabr 2017, 16:37
Prezident bu qanunlara dəyişiklik təklif etdi - 24 Noyabr 2017, 16:32
Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı - FOTO - 24 Noyabr 2017, 16:25
Prodüser Tolikə vəzifə verildi - 24 Noyabr 2017, 16:15
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan! - 24 Noyabr 2017, 15:53
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi - 24 Noyabr 2017, 15:47
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var - 24 Noyabr 2017, 15:26
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir - 24 Noyabr 2017, 15:10
“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək - 24 Noyabr 2017, 15:04
AZXEBER.COM-u sosial şəbəkələrdə izləyənlərin sayı milyona yaxınlaşır - 24 Noyabr 2017, 14:52
Qənirə Paşayeva Sudan heyəti ilə görüşdü - 24 Noyabr 2017, 14:47
"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat - 24 Noyabr 2017, 14:37
İŞİD-in köləsinə çevrilmiş Dilbər: "Atam bizi gətirdi... Özü edam olundu" - 24 Noyabr 2017, 14:27
"Bu uşaqdan nə istəyirsiniz?!" - 24 Noyabr 2017, 14:20
Rusiyada azərbaycanlı sahibkar özünü yandırdı - 24 Noyabr 2017, 14:16
Bu yerlərdə siqaret çəkmək qadağan olunur - Siyahı - 24 Noyabr 2017, 14:13
"Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?" - Nazir - 24 Noyabr 2017, 14:04
“Eldar Mahmudov onun evinə tapança qoydurub, həbs etdirdi” - General - 24 Noyabr 2017, 13:35
Ankarada FETÖ əməliyyatı: 79 müəllim barədə həbs qərarı - 24 Noyabr 2017, 13:27
Sabah sulu qar yağacaq - 24 Noyabr 2017, 13:05
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10