19:30 Bazar Ertəsi, 25 Iyun 2018
SİYASƏT

Cəmil Həsənli bu dəfə də quşu gözündən yox, lələyindən vurdu

14:13, 15.05.20184854
Cəmil Həsənli bu dəfə də quşu gözündən yox, lələyindən vurdu
Sonun başlanğıcı və ya o niyə yenə özünü biabır edir?

Azər Niftiyev,
Sosial Media Mərkəzinin direktoru, müstəqil jurnalist
 
Vaxtında deyəndə ki, ənənəvi müxalifət liderlərinin çörəkləri dizi üstdədi, bizi topa tuturdular.
 
Milli Şuranın sədri Cəmil Həsənli bu dəfə "Meydan” TV-ni şərləyib. Bəli düz eşitdiz, şərləyib. Adamın mahiyyəti şərdən, böhtandan yoğrulub. Yaşlı-başlı adamdır, bir balaca "diqqətsizlik” görən kimi şər-böhtan maşınını işə salır. Onun "mandat həmrəyliyi”nə görə, AXCP-nin "Yurd” qanadı ilə birgə parlamentə getməsi və sədri Əbülfəz Elçibəyə xəyanət etməsi, sonradan "yurdçular”ın iqtidarla işbirliyinə son verməsi səbəbindən bir mandata görə, ümumiyyətlə bu partiyadan istefa verməsi heç də uzaq tarixdə baş verməyib.
 
"Bağda ərik var idi, Salam-əleyk var idi, bağda ərik qurtardı, Salam-əleyk qurtardı” prinsipini həyat tərzinə çevirən professor bu dəfə uzun illərdir əməkdaşlıq etdiyi "Meydan” TV-ni hədəf seçib. Bu təxribatçı kanalın rəhbəri Emin Milliyə əsəbi halda yazıb ki, son vaxtlar rəhbəri olduğu telekanal Milli Şuraya məhdudiyyət qoyub. Kiçik bir araşdırma zamanı məlum olur ki, Milli Şura üzvləri təkcə son 6 ayda Meydan TV-də yayımlanan 30-dan çox veriliş və reportajda söz sahibi olublar.
 
Şəxsən Əli Kərimli və Cəmil Həsənli elə həmin müddət ərzində Meydan TV-də saatlarla canlı yayımlarda danışıb, heç bir senzurasız. Bəs belə olduğu halda Cəmil Həsənli hansı məntiqlə "Meydan” TV-ni ittiham edir? Sualın cavabı aydın və aydın olduğu qədər də sadədir. Əvvəla, "ağa qara demək” vərdişinə yiyələnən hikkəlilərin "dostluğu” uzun davam edə bilməzdi. İkincisi, bir yerdə ki, "milli maraqlar” adı altında maddi maraqlar önə çıxır, orada tərəflər arasında "çörək davası”nın olması təbiidir.
 
Üçüncüsü, Cəmil Həsənli kimi "ziyalı”nı altı ay sərasər təbliğ edən, ona efir tanıyan adam axırda elə onun özü tərəfindən söyülməli idi. Bunun üçün dərin analiz aparmağa, baş işlətməyə gərək yoxdur. Bu adam dünən "Əli Kərimli kimdir ki, mən ona görə mandatdan imtina edim” deyib, ardınca onunla yanaşı addımlayırsa, demək heç bir mənəvi sərhəd tanımır.
 
Cəmil Həsənli yenə "quş buraxdı”, bu dəfə də quşu gözündən yox, lələyindən vurdu.
 

 


XƏBƏR LENTİ