05:43 Bazar Ertəsi, 23 Aprel 2018
MEDİA

Cəmil Quliyev yenidən İTV-nin baş direktoru vəzifəsinə namizədliyini verdi

14:13, 19.04.2017578
Cəmil Quliyev yenidən İTV-nin baş direktoru vəzifəsinə namizədliyini verdi

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə yenidən seçilmək üçün namizədliyini irəli sürüb.

 C. Quliyevin verdiyi məlumata görə, o, baş direktor vəzifəsinə seçilmək üçün elan edilmiş müsabiqədə iştirak edəcək:

"Bəli, mən budəfəki müsabiqədə iştirak üçün sənədlərimi təqdim etmişəm. İctimai televiziya və radio yayımı haqqında qanunun tələbinə əsasən, baş  direktor bir neçə dəfə bu vəzifəyə seçilə bilər. Mən də qanunun yaratdığı imkanlardan istifadə edərək namizədliyimi yenə irəli sürmüşəm. Digər namizədlərin kim olması haqda məlumatım yoxdur” – deyə o, vurğulayıb.

"Sədr vəzifəsinə yenidən seçilmək üçün şansınız varmı?” sualına isə Cəmil Quliyevin cavabı belə olub: "Bunu zaman göstərər”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müvafiq sənədləri 12 apreldən 22 aprelədək MTRŞ-ya təqdim etməlidirlər.


///apa
0
XƏBƏR LENTİ