16:04 Bazar Ertəsi, 18 Noyabr 2019
MARAQLI

Cənazə yeməyində narkotikli keks verildi - Qonaqların halı dəyişdi

21:27, 30.10.20198952
Cənazə yeməyində narkotikli keks verildi - Qonaqların halı dəyişdi
Almaniyada təşkil olunan cənazədə səhvən qablar qarışdırılıb və qonaqlara tərkibində narkotik olan keks verilib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, yas mərasimindəki qonaqların bir müddət sonra başı gicəllənib və polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Araşdırma zamanı keksin restoran sahibinin qızı tərəfindən hazırlandığı məlum olub. İki cür piroq hazırlayan qız onlardan birini özü üçün bişirdiyini bildirib. Lakin qarışıqlıq olduğundan qonaqlara narkotik tərkibli keks verilib.

Qeyd edək ki, Almaniyada cənazədən sonra qonaqlara keks və limonad verilməsi kimi bir adət var.
XƏBƏR LENTİ