15:08 Cümə, 28 Fevral 2020
SOSİAL

Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsinə qatılmaq istəyən gənclərə müraciət etdi - VİDEO

14:05, 23.01.20203865
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsinə qatılmaq istəyən gənclərə müraciət etdi - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilmiş "Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.

AZXEBER.COM xəbər verir ki, "Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Təhsil naziri Ceyhun Bayramov istedadları ilə fərqlənən şəxslərə dəvət ünvanlayıb.

Nazir dəvətində bildirib ki, ölkədə istedadlı uşaqlarla iş ümumtəhsil müəssisələrindən başlayır: "Onların seçilməsi və sonrakı inkişafının təmin edilməsi dövlətin təhsil sahəsindəki hədəflərindən biridir. Məhz bu işin nəticəsidir ki, ölkəmizi nüfuzlu beynəlxalq bilik yarışlarında və olimpiadalarda uğurla təmsil edənlərin belə gənclərin ölkəmizə gətirdikləri medalların sayı ilbəil artır. İstedadlı gənclər üçün təhsilin növbəti pillələrində də geniş imkanlar yaradılır. Onların tam və hərtərəfli inkişafı üçün müxtəlif proqramlar təklif edilir”.

C.Bayramov deyib ki, "Yüksəliş” müsabiqəsi dövlətin istedadlı şəxslərlə işin təşkilində növbəti addımı və onların inkişafına yönələn tədbirlərin davamıdır: "Bu müsabiqə istedadlı, hazırlıqlı, XXI əsrin tələbləri səviyyəsində bacarıqlara sahib gənclər üçün çox böyük imkan yaradır. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli rəhbərlərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə peşəkar kadr ehtiyatının artırılmasıdır”.

Nazir vurğulayıb ki, müsabiqənin qalibi olan şəxslər fərdi inkişaf proqramı və təlimlərdə iştirak edəcək, tam idarəçi kimi yetişəcək və ölkənin gələcək inkişafında bilavasitə iştirak edəcək şəxslərdən biri olmaq imkanı əldə edəcək: "Yüksəliş” istedadlı şəxslər üçün yeni bir imkandır. "Yüksəliş”ə qoşulun, yüksəliş sizinlə başlasın”.
 

XƏBƏR LENTİ