01:48 şənbə, 24 Avqust 2019
KRİMİNAL

Cinsiyyət orqanında heroin gətirən qadın: "Narkomanam"

22:06, 21.05.20196066
Cinsiyyət orqanında heroin gətirən qadın:
İrandan cinsiyyət orqanında narkotik gətirməkdə təqsirləndirilən Şəfiqə Başqayanın cinayət işi üzrə məhkəmə başa çatıb.
 
AZXEBER.COM xəbər verir ki, ittihama görə, Ş. Başqaya İran İslam Respublikasının Parsabad şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 44,205 qram təşkil edən heroin əldə edib.
 
Qadın həmin narkotik vasitəni  malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə cinsiyyət orqanında yerləşdirib saxlayıb.
 
O, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postundan Azərbaycana keçən zaman saxlanılıb. Üzərində baxış keçirilsə də, heç nə tapılmayıb. Lakin özünü şübhəli apardığından Biləsuvar rayon Xəstəxanasına gətirilib. Daxili orqanlarının müayinəsi zamanı onun cinsiyyət orqanından narkotik vasitə - heroin çıxarılıb.
 
İttihamla özünü qismən təqsirli bilən Ş.Başqaya narkotik vasitəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün gətirdiyini deyib: "Özüm narkomanam. Və bu xəstəlikdən əziyyət çəkirəm. Bunun üçün İrana gedib, özümə heroin alıb qayıdırdım”.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Başqayı qaçaqmalçılıqda və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum edilib.
 
Qərarla razılaşmayan qadın apelyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun cəzası 1 il azaldılıb və qəti olaraq 5 il azadlıqdan məhrum edilib.
XƏBƏR LENTİ