23:15 şənbə, 21 Iyul 2018
SOSİAL

CNN-in məşhur jurnalisti Azərbaycanın qara siyahısına salındı

14:22, 26.10.2017706
CNN-in məşhur jurnalisti Azərbaycanın qara siyahısına salındı
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev CNN-də veriliş aparan Antoni Bourdaynin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan mətbəx haqqında veriliş hazırlaması ilə əlaqədar ABŞ-ın məşhur "Buzzfeed news” media orqanına müsahibə verib.
 
AZXEBER.COM xəbər verir ki, Hikmət Hacıyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də qanunlarını pozduğu üçün Antoni Bourdaynin adının arzuolunmaz şəxslər siyahısına daxil ediyildiyini bildirib.

"Biz təəssüf edirik ki, Antoni Bourdayn Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına bəraət qazandırılması və bu işğalın pərdələnməsində propaqanda alətinə çevrilib. İşğal altında olan ərazilərindən mətbəx mövzusunda şou proqram hazırlamaq zorla öz torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə qarşı hörmətsizlikdir”.
Həmçinin, H.Hacıyevin Twitter profilində qoyduğu statusa istinadən müsahibədə yazılıb:
 
"Etnik təmizləməyə məruz qalmış ərazilərdən şou proqram hazırlamaq utancverici və qeyri-mənəvi hərəkətdir. Bu dayandırılmalıdır”.
XƏBƏR LENTİ