21:53 Bazar Günü, 21 Oktyabr 2018
DÜNYA

Cümə namazından sonra partlayış - 1 ölü, 70 yaralı + Yenilənib

20:01, 09.02.2018855
Cümə namazından sonra partlayış - 1 ölü, 70 yaralı + Yenilənib

Liviyanın Benqazi şəhərində partlayış olub.

İlkin məlumata görə, partlayışa səbəb şəhər məscidinin çıxışında minalanmış maşının işə salınması olub. Yerli polis onlarla insanın öldüyünü və yaralandığını açıqlayıb.

***

Əbu-Hureyrə məscidinə edilən hücumda iki çanta dolusu partlayıcı maddə istifadə edildiyi müəyyənləşib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 70 nəfər isə yaralanıb.

Xatırladaq ki, Benqazidə yanvarda təşkil edilən iki bombalı hücumda 37 nəfər ölmüş, 73 nəfər isə yaralanıb.

qafqazinfo
XƏBƏR LENTİ