21:45 çərşənbə Axşamı, 18 Sentyabr 2018
İDMAN

DÇ-də Messinin penaltisini dəf edən qapıçı "Qarabağ"da

16:41, 03.07.20186929
DÇ-də Messinin penaltisini dəf edən qapıçı
Transfer çalışmalarını davam etdirən "Qarabağ” qapı xəttini gücləndirmək üzrədi. 

Söhbət İslandiya millisinin qapıçısı Hannes Halldersondan gedir.

Son klubu Danimarka "Randers”i olan 34 yaşlı qolkiperlə hərtərəfli razılıq əldə edilib. Onunla münasibətlərin tezliklə rəsmiləşdiriləcəyi gözlənilir.

Ağdam təmsilçisi rəsmi "facebook” sahifəsində yeni transferlərlə bağlı maraqlı şəkil paylaşıb və bu sözləri yazıb: "Yeni transferimizi videoyla təqdim etməyə ehtiyacımız yoxdur, çünki siz hər gün Dünya çempionatını izləyirsiniz".

Qeyd edək ki, 34 yaşlı qolkiper dünya çempionatının Argentina ilə oyunda Lionel Messinin penaltisini qaytarmaqla diqqət çəkmişdi. O, həm də ölkəsində sənədli film, klip və reklam rejissoru kimi tanınır. 34 yaşlı qapıçı son dəfə "Coca-Cola”nın dünya çempionatı üçün hazırladığı reklamı çəkib.

Onu da qeyd edək ki, təcrübəli əlcək sahibinin son klubu Danimarkanın "Renders” klubu olub.
 
///Qaynarinfo
XƏBƏR LENTİ