Daha bir estetik əməliyyat qurbanı özəl klinikalardan narazıdır - "Grand Hospital"-dan şikayət

23 Oktyabr 2017, 16:20
AAA
Son vaxtlar qadınlar arasında estetik əməliyyatlar dayanmadan yayılır. Gözəl görünmək istəyən xanımlarımız müxtəlif yerli və xarici mütəxəssislərə müraciət edirlər. Amma bu cür əməliyyatlar heç də həmişə yaxşı nəticə vermir.
AZXEBER.COM Tia.az-a istinadən estetik əməliyyat qurbanına çevrilən Lalə Həsənovnaın şikayət məktubunu nəzərinizə çatdırır:”Mən Həsənova Lalə 06.04.2012-ci ildə Bakı şəhəri Vaqif pr.75A ünvanında yerləşən "Medical Plaza” (012 441 40 75 ) Tibb Mərkəzində türkiyəli həkim Lütfü Barlas Aydoğan tərəfindən burnumdan estetik və cəpər əyriliyi səbəbi ilə əməliyyat olunmuşam. Əməliyyata girdiyim zaman müqavilə bağlanılmadı.L. Barlas Aydoğana şəkil göstərib nə formada burun istədiyimi izah etsəm də, o gülərək sifətimə yaraşan formada əməliyyat edəcəyini dedi.

"Grand Hospital"-dan şikayət- Daha bir estetik əməliyyat qurbanı özəl klinikalardan narazıdır.

Əməliyyatdan sonra nəticədən razı qalmadığımı dedim. Gips açıldığı zaman burnum əyri olduğu üçün mənə göstərmədilər. Başqa bir həkimin də müdaxiləsi ilə sıxaraq əyriliyi düzəltməyə çalışdılar, amma nəticəsiz qaldı. On günlük müalicə yazaraq elektrik masajına gəlməyimin vacib olduğunu dedilər. Heç bir nəticəsi olmayan masaj üçün 50 manat ödəniş etmişdim. Əyriliyin səbəbini soruşanda üz simmetriyamın çox olduğunu dedilər. Məni əməliyyat edən həmin türk həkim hazırda Həsən Əliyev 38 ünvanında yerləşən "Grand Hospitalda" çalışır ( 012 599 11 17 ).

"Grand Hospital"-dan şikayət- Daha bir estetik əməliyyat qurbanı özəl klinikalardan narazıdır.

Qeyd edim ki, ilk əməliyyata analizlərlə birlikdə 1477 manat ödəniş etmişdim.1-ci əməliyyat uğursuz olduğundan əlavə 150 manat ödəyib 25.06.2013-cü ildə eyni həkimə əməliyyat etdirdim. Əməliyyatlardan sonra iy bilmə qabiliyyətimi itirdim və nəfəsalmam daha da çətinləşdi.Bu səbəbdən şiddətli baş ağrılarım yarandı. 2-ci əməliyyatın nəticəsi də pis olduğundan məcbur olub üçüncü əməliyyat üçün "Baki City” hospitalı seçdim.Bu hospital ilk 2 əməliyyatın uğursuz olduğunu nəzərə alaraq 02.09.2016-cı tarixdə Yusif Vəzir Çəmənzəminli 18 ünvanında yerləşən "Baku City Hospital"da (012 980; 012 440-51-11) burnumdan əməliyyata götürdü..

"Grand Hospital"-dan şikayət- Daha bir estetik əməliyyat qurbanı özəl klinikalardan narazıdır.

Həkimə əməliyyat üçün analizlə birlikdə 2300 manat ödəmişəm. Bu zaman mənə rəsmi pul qəbzi verilməyib, yalnız 100 manat üçün qəbz verildi. Mənimlə heç bir müqavilə bağlanmadı, nəticənin necə olacağı ilə bağlı heç bir sənəd verilmədi.Üçüncü burun əməliyyatımı xəstəxananın lor-cərrahı Cavid İsmayılov (070 242-09-30; 050 242-09-30) icra edib. C.İsmayılov dedi ki, əvvəldən mənə müraciət etsəydin, daha yaxşı nəticə əldə edərdim. O, əvvəlki əməliyyatımda nöqsanların olduğunu dedi. Bu əməliyyatın həyata keçirilməsi üçün o məndən 2300 manat aldı. Məbləğin çox olmasına səbəb burnuma sinəmin altından çıxarılacaq qığırdağın vurulması idi. Burnun vəziyyətinin pis olması səbəbindən qığırdağa ehtiyac olduğunu bildirmişdi. Bunun üçün dəbaşqa cərrah əməliyyata girməli idi. Elə oldu ki, həmin cərrahın işinə ehtiyac qalmadı, yəni qığırdağım götürülmədi. Cavid İsmayılovdan həmin cərrah üçün verdiyim pulun qaytarılmasını tələb etsəm də, pulumu geri vermədilər. Səbəb də göstərildi ki, həmin cərrahın vaxtı alınıb. Sarıq açılanda burnumun formasını bəyənmədiyimi ilk gundən dəfələrlə həkimə bildirmişdim.

Hətta uc hissənin yenə uzun, kənarların batıq qaldığını gördüm və bildirdim ki, kaş qığırdaq qoyub, bunu itirərdiniz. Həkim qığırdağı əməliyyat zamanı o hissəyə qoyduqda yaxşı gorünmədiyini və ehtiyac olmadığını dedi. Sağ tərəfdə yapışqanlıq olduğunu və nəfəs almamda çətinlik çəkdiyimi söyləmişdim. Mən burnumu yenidən əməliyyat etməsini istəsəm də, o səhvlərini boynuna almayaraq rədd cavabı verdib. "Təkrar etsəm dərinin hassaslaşdiğına görə burununda çürümə baş verə bilər” deyə dedi.Əməliyyatdan bir müddət keçdikdən sonra artiq şiş çəkildikdə, burun formalaşmağa başladıqda burnumun ucunda sap qaldığını gördüm. Sapın çıxarılması üçün həkimin yanına getdim.Həmin vaxt həkim Cavid İsmayılov özü qayçı və pinsetlə aralayıb sapı bir az kəsdi. Lakin sapın kökü içəridə qaldığından quruması üçün dərman yazdı. Həmin dərmanı vursam da, heç bir effekt görmədim. Yenidən həmin sapın tamamilə çıxarılması üçün həkimin yanına getməli idim, lakin köməkçisi məndən 100 manat tələb etdi. Halbuki bu, onların səhvidir və mən ödəniş etməməliyəm.

Onlar mənə maddi və mənəvi ziyan vurublar, üstəlik maddi olaraq da 100 manat istəyirlər. Həkimə bunun onların günahı olduğunu deyəndə inkar etdi. "Mənim səhvim yoxdur”- deyərək sapın keyfiyyətinə cavabdeh olmadığını əlavə etdi. Ödədiyim pulu da kassaya yox, onun özünə verməli olduğumu dedi. Mən də pulu özünə verdim, lakin həkim mənə pulun qəbul edilməsi barədə qəbz vermədi. Əməliyyatdan çıxanda həkimin özünə də demişdim ki, əl işiniz ürəyimcə olmayıb. Mənə demişdi ki, üçüncü əməliyyat olduğu üçün ideal nəticə gözləmə.Amma burnumda sapın qalmasını düşünmürdüm.

Həm də 6 ay ərzində tam düzələcəyinə ümüdləndirmişdi. Xatırladım ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29.12.2011-ci il tarixli təsdiq edilmiş 137 nömrəli əmri ilə təsdiqlənmiş "Həkimlərin etik davranış qaydaları”nın 15-ci bəndinə əsasən, həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır. Eyni zamanda, həmin sənədin 36-cı bədinə görə, həkim öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsindəvətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinayyət və digər məsuliyyətə cəlb oluna bilər.İlk iki əməliyyat üçün ümumilikdə 1 677 manat (1477+150+50), üçüncü əməliyyatım üçün isə 2300 manat xərcləmişəm. Hər üç əməliyyata birlikdə 3977 AZN xərcim çıxım. Mənə dəymiş 3927 AZN ziyanın tam həcmdə ödənməsini tələb edirəm. Ya hər iki klinika birləşib mənim istədiyim yerdə məni uğurlu əməliyyat etdirsin və ya ödədiyim 3927 AZN qaytarılsın.Bu haqda müvafiq dövlət qurumlarına və KİV-əməlumat verilməsini istəyirəm. Xahiş edirəm hüququmun bərpaedilməsi üçün yardım edəsiniz. "

Oxunma sayı : 3612

SON XƏBƏRLƏR
UEFA Azərbaycanın layihəsini təsdiq etdi - 24 Noyabr 2017, 22:23
Azərbaycanlı biznesmen özünü yandırdı - Polisin hədələrinə görə - 24 Noyabr 2017, 21:58
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünü dəstəklənib - 24 Noyabr 2017, 21:29
Dövlət Agentliyinin əməkdaşları qəzaya düşdü: Ölən var – YENİLƏNİB - 24 Noyabr 2017, 21:18
Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib - 24 Noyabr 2017, 20:50
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq - 24 Noyabr 2017, 18:15
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - 24 Noyabr 2017, 18:14
“Beşiktaş”ın izi ilə gedəcəyik” – Qurban Qurbanov - 24 Noyabr 2017, 18:10
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək - 24 Noyabr 2017, 18:09
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə - 24 Noyabr 2017, 17:49
Lider TV-də müzakirə: "Efirə çıxan aparıcı bakirə olmamalıdır" - VİDEO - 24 Noyabr 2017, 17:43
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı - 24 Noyabr 2017, 17:31
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə - 24 Noyabr 2017, 17:31
"Muğanbank"da "Forex" qalmaqalı: 300 minlik dələduzluq - 24 Noyabr 2017, 17:30
"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik - 24 Noyabr 2017, 17:18
Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər" - 24 Noyabr 2017, 17:00
Dino Ndlovu "Qarabağ"dan gedir? - 24 Noyabr 2017, 16:53
Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb - 24 Noyabr 2017, 16:37
Prezident bu qanunlara dəyişiklik təklif etdi - 24 Noyabr 2017, 16:32
Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı - FOTO - 24 Noyabr 2017, 16:25
Prodüser Tolikə vəzifə verildi - 24 Noyabr 2017, 16:15
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan! - 24 Noyabr 2017, 15:53
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi - 24 Noyabr 2017, 15:47
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var - 24 Noyabr 2017, 15:26
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir - 24 Noyabr 2017, 15:10
“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək - 24 Noyabr 2017, 15:04
AZXEBER.COM-u sosial şəbəkələrdə izləyənlərin sayı milyona yaxınlaşır - 24 Noyabr 2017, 14:52
Qənirə Paşayeva Sudan heyəti ilə görüşdü - 24 Noyabr 2017, 14:47
"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat - 24 Noyabr 2017, 14:37
İŞİD-in köləsinə çevrilmiş Dilbər: "Atam bizi gətirdi... Özü edam olundu" - 24 Noyabr 2017, 14:27
"Bu uşaqdan nə istəyirsiniz?!" - 24 Noyabr 2017, 14:20
Rusiyada azərbaycanlı sahibkar özünü yandırdı - 24 Noyabr 2017, 14:16
Bu yerlərdə siqaret çəkmək qadağan olunur - Siyahı - 24 Noyabr 2017, 14:13
"Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?" - Nazir - 24 Noyabr 2017, 14:04
“Eldar Mahmudov onun evinə tapança qoydurub, həbs etdirdi” - General - 24 Noyabr 2017, 13:35
Ankarada FETÖ əməliyyatı: 79 müəllim barədə həbs qərarı - 24 Noyabr 2017, 13:27
Sabah sulu qar yağacaq - 24 Noyabr 2017, 13:05
Prezidentdən deputatla bağlı - Sərəncam - 24 Noyabr 2017, 12:56
Təcavüz olunan qız intihar etmək istədi - 24 Noyabr 2017, 12:48
İlham Əliyev NATO-nun sammitində çıxış etdi - FOTO - 24 Noyabr 2017, 12:27
Azərbaycanda nə qədər uşaq var? - Son rəqəm açıqlandı - 24 Noyabr 2017, 12:12
Azərbaycan pasportların itirilməsinə görə rüsumları artırır - QİYMƏT - 24 Noyabr 2017, 12:07
Azərbaycanda idman tədbirlərinə normadan artıq vəsait sərf olunub - 24 Noyabr 2017, 11:49
11 yaşlı qız məktəb yoldaşından hamilə qaldı - 24 Noyabr 2017, 11:32
“Ayə, harayə gedirsən?” oxuyan gənc: “Yeni mahnım Naxçıvan ləhcəsində olacaq” - 24 Noyabr 2017, 11:29
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10