08:29 Bazar Ertəsi, 24 Sentyabr 2018
TOP4

Daha bir həkim səhlənkarlığı - Doğuş zamanı körpə öldü

16:26, 02.07.20185264
Daha bir həkim səhlənkarlığı - Doğuş zamanı körpə öldü
Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Yengiyan kənd sakini, 1990-cı il təvəllüdlü Elyanə Ümid qızı Əlixanova səhər saat 04 radələrində xəstəxananın Doğum şöbəsinə doğuş üçün müraciət edib. Saat 08.00 radələrində doğuş zamanı uşaq ölü doğulub.

E. Əlixanovanın qayınatası Nazim Əlixanov APA-nın yerli bürosuna bildirib ki, körpənin ölümünə həkim səhlənkarlığı səbəb olub.

N. Əlixanov hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.
XƏBƏR LENTİ