22:09 şənbə, 20 Oktyabr 2018
DÜNYA

Dalaşdığı ərinin yatmağını gözlədi, qisası ağır oldu

10:57, 12.10.20182294
Dalaşdığı ərinin yatmağını gözlədi, qisası ağır oldu
Türkiyənin Qaziantep rayonunda fabrik işçisi Adəm D. (25) evində yatdığı zaman mübahisə etdiyi arvadı Qamze D. tərəfindən 6 yerindən bıçaqlanıb.
 
Ağır yaralanan Adəm D. hazırda ölüm-qalım mübarizəsi aparır.

Qanlı olay keçən çərşənbə axşamı qeydə alınıb. İddiaya görə, 3 illik evli olduqları deyilən Qamze və Adəm D. cütlüyü hələlik bilinməyən səbəbdən mübahisə etməyə başlayıblar. Mübahisədən sonra Adəm D. yatmaq üçün otağına keçib. Əri yatdıqdan sonra, Qamze D. mətbəxdən götürdüyü bıçaqla ərini bıçaqlayıb.

Çığırtı səsləri eşidən qonşuların məlumatından sonra hadisə yerinə xeyli sayda polis və təcili yardım maşınları gəlib.

Ərini bıçaqlayan Qamze D. saxlanılıb.
 
///Milli.Az
XƏBƏR LENTİ