20:13 Cümə, 19 Iyul 2019
Maqazin

"Damla ilə evlənərdim" - Qalmaqallı toyu ilə gündəmə gələn Elnar

14:50, 11.04.20197048
ARB TV-nin "Hüseynova bacıları" proqramının növbəti qonağı yenicə ailə həyatı qurmuş müğənni Elnar Xəlilov olub.

AZXEBER.COM xəbər verir ki, son dəfə efirdə qonaq olarkən evlənməyəcəyini deyən müğənni daha sonra ailə həyatı qurması ilə hər kəsi şoka salıb. Məsələ ilə bağlı açıqlama verən sənətçi bu söhbətə son qoymaq istədiyini bildirib:

"Bizim mentalitetdə sonu bədbəxtçilik olmasın deyə kor-koranə evlənməmək var. Xüsusi sınaqlardan keçirtməmişəm. Mənim ailə ilə şou edəcək potensialım yoxdur. Əgər elə olsaydı, mən açıq deyim ki, Damla ilə evlənərdim. Daha çox şou olardı. Daha çox tanınmış insandır.

Mən bu açıqlamanı niyə edirəm? Camaat dedi ki, şou etdilər. Sən demə ayrılmayıblarmış".
XƏBƏR LENTİ