09:30 çərşənbə Axşamı, 10 Dekabr 2019
KRİMİNAL

Daşkəsəndə 19 yaşlı oğlan kəndlisini bıçaqlandı - Səbəb qısqanclıq

14:20, 10.09.20192223
Daşkəsəndə 19 yaşlı oğlan kəndlisini bıçaqlandı - Səbəb qısqanclıq

Daşkəsəndə gənc oğlan qısqanclıq zəminində bıçaqlanıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində baş verib.

Kənd sakini - 2000-ci il təvəllüdlü Həsənli Eltun İlham oğlu həmkəndlisi Hüseynov Gəncəli Hüseyn oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində G.Hüseynov E.Həsənliyə baş, qarın və bədəninin sol hissəsindən 4 bıçaq zərbəsi endirib.

Yaralı komatoz-şok vəziyyətində xəstəxanaya çatdırılıb.

İlkin araşdırma zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub.

 

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

XƏBƏR LENTİ