03:51 Bazar Ertəsi, 17 Dekabr 2018
KRİMİNAL

Daşkəsəndə dəhşət : arvadını öldürən şəxs intihar etdi

20:10, 26.02.20181961
Daşkəsəndə dəhşət : arvadını öldürən şəxs intihar etdi

Ötən gün Daşkəsən rayonunda arvadını qətlə yetirib, hadisə yerindən qaçan şəxs intihar edib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, Daşkəsən rayonunun Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qormaz Bağırov Gəncə şəhərinin Məhsəti qəsəbəsində yaşadığı evdə özünü asaraq intihar edib.

 

Qeyd edək ki, fevralın 25-də Q.Bağırov vətəndaş nikahında yaşadığı, rayonun Əhmədli kənd sakini, 1975-ci il təvəllüdlü Abbasova Mahizər Məhəmməd qızını qətlə yetirərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılan Q.Bağırov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. 

XƏBƏR LENTİ