08:13 Bazar Günü, 17 Dekabr 2017
SOSİAL

Daşkəsəndə toyda kütləvi dava - ata və iki oğlu döyülüb

22:15, 12.08.20171510
Daşkəsəndə toyda kütləvi dava - ata və iki oğlu döyülüb

 

Daşkəsəndə toyda kütləvi dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Daşkəsən şəhərində yerləşən şadlıq saraylarından birində baş verib. Belə ki, toy mərasimi zamanı bir neçə qonaq arasında mübahisə yaranıb. Daha sonra bu şəxslər əlbəyaxa olublar. Bu zaman rayon sakinləri - Mübariz Məmmədov və onun iki övladı, Telman və Mahir Məmmədovlar döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıb və hər birinə həkimlər tərəfindən tibbi yardım göstərilib.

Məlumata görə, hadisəyə mübahisə edənlərdən birinin sərxoş halda qız tərəfinə söyüş söyməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

0
XƏBƏR LENTİ