09:12 Bazar Günü, 25 Avqust 2019
SİYASƏT

Daşqın Şikarovun yerinə təyinat - Yeni səfir kimdir?

12:37, 24.04.20194557
Daşqın Şikarovun yerinə təyinat - Yeni səfir kimdir?
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yeni səfir təyin edib.

AZXEBER.COM 1news.az-a istinadən xəbər verir ki, yeni səfir Mahir Əliyev etimadnaməsini bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Əhməd Sari Əl Mazroueyə təqdim edib.

BƏƏ-li rəsmi səfirə fəaliyyətində uğurlar arzu edib.

Qeyd edək ki, bir müddət əvvəl BƏƏ-dəki sabiq səfir Daşqın Şikarovla bağlı mediada ciddi ittiham yer almışdı. Bildirilirdi ki, diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib. 

Hazırda XİN-in rəsmi saytında Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə səfiri kimi nə Mahir Əliyevin, nə də Daşqın Şikarovun adı qeyd edilib.
XƏBƏR LENTİ