11:28 Bazar Günü, 15 Sentyabr 2019
Maqazin

“Dədə malı” serialında “Mina” həyəcanı

14:38, 22.05.20193108
“Dədə malı” serialında  “Mina”  həyəcanı
"ARB Media Qrup”un  istehsalı olan, tanınmış aktyorların yer aldığı "Dədə malı” serialına məşhur simaların axını davam edir. Belə ki, sevilən ifaçı Mina Hüseynova da "Dədə malı” serialının qonağı olub.
 
AZXEBER.COM xəbər verir ki, o, komediya janrında çəkilən ekran işində Dünyamalı (Coşqun Viləş) obrazının Bakıdan kəndə onu axtarmağa gələn sevgilisini canlandıracaq. Ssenariyə uyğun olaraq tamaşaçılar Minanı  bu dəfə tam fərqli obrazda görəcəklər.
 
Dünyamalının kənddəki sevgilisi Durna ilə ifaçının yaratdığı obraz arasında nələr baş verəcək?  Bu qalmaqal nə ilə nəticələnəcək? Bu sualların cavabını yaxında "ARB” televiziyasında yayımlanacaq "Dədə malı” serialını izləməklə öyrənə bilərsiniz. "ARB Media Qrup”a məxsus serialın çəkilişləri Xaçmaz rayonun Qıraqlı kəndində, Quba rayonunda, həmçinin Bakı şəhərində aparılır.Tamaşaçılara həyəcan dolu anlar və bol gülüş vəd edən serialın baş rollarını məşhur aktyorlar Coşqun Viləş, Rada Nəsibova, Nəzakət Məmmədova, Əzizağa Əzizov, Elsəvər Camal və başqaları canlandırır.

Qeyd edək ki,12 hissədən ibarət serialın rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Azər Səlimli və Elsevər Camal, prodüseriŞahin Yusifov, quruluşçu operatoru isə Mehdi Yaqubovdur.  

Serial iyun ayından etibarən hər cümə günü,saat 20:45-də"ARB”  televiziyasında yayımlanacaq.
 

 

 


XƏBƏR LENTİ