“Dedi ki, əlimdə pornoqrafik görüntülərin var…” – Şəkidə tibb işçisinə qarşı ƏXLAQSIZLIQ

03 Mart 2017, 01:15
AAA

 

Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Şəki şəhər sakini, 1970-ci il təvəllüdlü Rahim Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Rahim Nəsirov Şəmkir rayon sakini Sevda Babayeva ilə 2015-ci il ilin mayında Şəki şəhərində tanış olub. Onlar müxtəlif günlərdə görüşüblər.

Rahim Nəsirov Sevda Babayevanı 16 may 2015-ci il tarixdə saat 15 radələrində özünə məxsus "Nissan Sunny” markalı avtomobilə otuzdurub və Şəki şəhərində yerləşən "Marxal” İstirahət Mərkəzinin arxasına aparıb. Orada cib bıçağını Sevdanın boğazına dirəyib və ona zor tətbiq edib.

O, həmçinin özünün mobil telefonunda Sevda Babayevaya telfonunda ona məxsus sevgi mesajlarının, əxlaqsız video çəkilişinin və fotoşəkillərinin olduğunu deyib. Həmin mesajları onun ərinə və qohumlarına göstərərək yayacağını bildirib.

Rahim Nəsirov barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə Sevda Babayevadan hər ay 400 manat ödəməsini tələb edib. O, Şəki şəhəri ərazisində yerləşən "Mator aralığı” deyilən yerdə Sevda Babayevadan mayın 18-də 90 manat, mayın 24-də 3 manat alıb.

"Naməlum zənglər gəlməyə başladı”

Rahim Nəsirov Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu gəlmək) maddəsi ilə ittiham edilib. Cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Məhkəmədə zərəçəkmiş şəxs qismində ifadə verən Sevda Babayeva bildirib ki, orta tibbi təhsilli olduğundan işə düzəlməsi üçün iki aylıq kursa getməli olub: "Bunun üçün Şəki şəhərində olan ixtisasartırma kursuna yazılmışam. Həmin kurs martın 30-da başlayıb. Bu səbəbdən martın 29-da Şəki şəhərinə gedərək orada olan analığıma məxsus "Otaq eşiyi” küçəsində yerləşən evdə yaşamağa başlamışam. Hər gün səhər saat 8 radələrində evdən çıxaraq ya marşrut avtobusu ilə, ya da piyada kursa getdim. Təxminən may ayının əvvəllərindən istifadə etdiyim mobil telefonuma naməlum zənglər gəlməyə başladı. Bəzi hallarda uzaq yerlərə gedəndə taksidən də istifadə etmişəm. Bu vaxtlarda da Rahim Nəsirovu taksi sürücüsü kimi tanımışam”.

"Dedi ki, səninlə maraqlanmışam”
Sevda Babayevanın sözlərinə görə, ilk dəfə Rahimin avtomobilinə təxminən mayın 8-də minib: "Həmin gün göz həkimindən çıxandan sonra xəstəxananın qarşısında olan vaxt mobil telefonuma zəng gəldi. Telefona cavab verən zaman Rahim mənə kim olduğunu bildirdi, taksi lazım olub-olmayacağını soruşdu. Ona taksi lazım olduğunu bildirdim. Rahimin bir qədər sonra dayandığım yerə gəldi. Əvvəlcə onun maşınına minməyə utandım. Buna görə də Rahim özü avtomobilin qapısını açaraq "mənim avtomobilim el taksisidir, narahat olmayın, mənim avtomobilimə çox adamlar minir”, -deyə bildirdi. Bundan sonra Rahimin avtomobilinə əyləşdim. Rahim yolda dedi ki, səninlə maraqlanmışam və sənin gəlmə olduğunu bilirəm”.

Sevda Babayeva qeyd edib ki, söhbət əsnasında onu çörək yeməyə dəvət edib: "Mən də Rahimə evə gedəcəyimi bildirdim. Rahim məni yaşadığım evin yaxınlığına apardı. Avtomobildən düşəndə ona taksi pulu kimi 2 manat verdim. Həmin vaxt Rahim nə zaman lazım olsa taksi kimi ona müraciət edə biləcəyimi dedi. Sonradan yenidən Rahimin telefon nömrəsindən zəng gəldi. Həmin nömrənin Rahimə məxsus olduğunu bildiyim üçün  zəngə cavab verdim. Rahim salamlaşaraq məndən harada olduğumu soruşdu. Ona  evdə olduğumu bildirdim. Lakin onunla danışmaq istəmədiyimi və yaxın münasibətim olmadığı üçün telefonunu söndürdüm”.

"Mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi”

Sevda Babayeva qeyd edib ki, mayın 11-də, saat 15 radələrində dərsdən çıxaraq yolun kənarı ilə evə getdiyi vaxt Rahimin avtomobilinin yolun kənarında dayandığını görüb: "Həmin vaxt Rahim arxadan mənə tərəf gələrək dayanmağı tələb etdi. Lakin dayanmadım.  Rahimə məndən nə istədiyini soruşdum. O da "sizə neyləmişəm ki, mənim avtomobilimə oturmursunuz”, dedi. Mübahisə etdikdən sonra yoluma davam edərək evə getdim. Bundan sonra bir neçə dəfə Rahim mənə yaxınlaşaraq xoşu gəldiyini, mənimlə dost olmaq istədiyini və cinsi əlaqədə olmaq istədiyini bildirdi. Lakin hər dəfə Rahimə ailəli və üç uşaq anası olduğumu, onun fikirləşdiyi qadınlardan olmadığını söylədim”.

Sevda Babayevanın sözlərinə görə, mayın 16-da, saat 15 radələrində dərsdən çıxaraq yolun kənarı ilə yaşadığı evə getdiyi zaman yolun kənarında qara rəngli avtomobilin dayandığını görüb və həmin avtomobilin Rahimə məxsus olduğunu başa düşərək geri qayıtmaq istəyib: "Lakin həmin vaxt Rahim avtomobildən  düşərək mənə tərəf gəldi, avtomobilin arxa qapısını açaraq məndən avtomobilə minməyimi tələb etdi. Rahimə avtomobilə minməyəcəyimi bildirdim. Bunu üçün Rahim məni  vuraraq avtomobilə mindirdi. O, maşını tanımadığım istiqamətdə sürdü. Maşında onunla mübahisə etdim. Rahim də mənə bir neçə sillə vurdu, avtomobili yoldan kənara sürərək mənə əl-qol atdı. Rahim sinəmi açmaq istədi, yubkamı dartışdırdı. Lakin Rahimə müqavimət göstərdiyin cəhdləri alınmadı”.

Sevda Babayeva bildirib ki, həmin vaxt Rahimin yolboyu bir neçə dəfə ona əl-qol atdığı üçün onun əynində olan köynəyinin düyməsi qırılıb, yubkasının "zamok”u sökülüb: "Rahim avtomobili idarə edərək daşlıq və meşəlik yerdə saxladı. Bundan sonra avtomobildən düşərək arxa qapını açıb məni yerə düşürdü. Maşından düşərkən ayaqqabım ayağımdan çıxdı. Rahim əlimdən tutaraq məni sürüdü, hərəkətlərindən mənimlə cinsi əlaqədə olmaq istədiyini başa düşdüm. Rahimin əlindən çıxaraq aşağıya doğru qaçdım. Bu zaman Rahimin əlində telefon olduğu üçün şəkillərimi çəkdiyini güman etdim. Geri qayıdıb ondan telefondakı şəkilləri silməsini istədim”.

Sevda Babayeva əlavə edib ki, Rahim bu zaman cibindən bıçaq çıxararaq onun boğazına dirəyib: "Rahim bıçağı boğazıma dirəyəndən sonra mənimlə cinsi əlaqədə olacağını bildirdi. Mənə toxunmaması şərtilə başqa tələbini yerinə yetirəcəyimi dedim. Rahim avtomobilinin kreditdə olduğunu deyərək, ona  hər ay 400 manat verməli olduğumu bildirdi. Əvvəlcə Rahimlə razılaşmadım. Ona pulumun olmadığını bildirdim. Lakin sonradan Rahim məni bıçaqla hədələdiyindən və zorlayacağını düşündüyüm üçün razılaşdım”.

"Əxlaqsızlıqla məşğul olduğumu söyləyəcəkdi”

Sevda Babayeva qeyd edib ki, hətta həmin vaxt barmağında olan qızıl üzüyünü də çıxararaq Rahimə verib: "Rahim bir müddət nə isə fikirləşərək üzüyü mənə qaytardı. Bildirdi ki, hər ay 400 manat verməyəcəyim təqdirdə mənə aid şəkilləri hamıya göstərəcək, ərimə zəng edib əxlaqsızlıqla məşğul olduğumu söyləyəcək. Buna görə də məcbur olaraq Rahimə hər ay 400 manat verəcəyimə razılaşdım. Bundan sonra Rahim məni öz avtomobilinə əyləşdirərək yaşadığım evə gətirdi. Rahim məni evə düşürən zaman da xəbərdarlıq etdi ki, verdiyim söz yadımdan çıxmasın və bundan sonra da nə zaman istəsə onunla görüşəcəm, hara istəsə onunla gedəcəm və ona hər ay 400 manat verəcəm. Məcbur qalaraq Rahimlə razılaşdım. Rahim məni yaşadığım evin yanında düşürərək oradan getdi. Evə gələn zaman sol qolumun yuxarı hissəsinin göyərdiyini gördüm”.
Sevda Babayevanın sözlərinə görə, mayın 18-də, saat təxminən 08.15 radələrində "Motor aralığı” deyilən yerlə dərsə gedən zaman Rahimin yolun kənarında dayanmasını görüb: "Rahim mənə yaxınlaşıb üstümdə pulumun olub-olmadığını soruşdu. Ona üstümdə 90 manat olduğunu bildirdim. Rahim məndən həmin pulu ona verməyimi tələb etdi. Qorxduğum üçün çantamda olan 90 manatı Rahimə verdim. Rahim pulu alandan sonra getdi. Həmin gün saat təxminən 23.30 radələrində əmim oğlunun evində olan zaman xəstələndim. Həmin vaxt Rahim zəng edərək harada olduğumu soruşdu. Rahimə əmim oğlugildə olduğumu bildirdim. Rahimə xəstələndiyimi bildirdim. Rahimdən mənə dərman alaraq gətirməsini xahiş etdim. Təxminən on beş dəqiqə sonra Rahim mənim üçün dərman gətirdi”.

Sevda Babayeva əlavə edib ki, mayın 24-də, saat təxminən 08.15 radələrində yenə də dərsə gedən zaman Rahim onun qarşısına çıxıb: "Bu zaman Rahim məndən pul tələb etdi. Rahimə pulumun olmadığını bildirdim. Rahim çantamı zorla alaraq içərisində olan 3 manatı götürdü”.

"Qızım dedi ki, əxlaqsız mesaj yazib”
Zərərçəkmiş ifadəsində qeyd edib ki, kursunu bitirdikdən sonra yaşadığı Şəmkir rayonunda olan evinə gedib və həmin vaxtdan da telefonunu qızına verib: "Qızım Rahimin nömrəsini "qara siyahıya” daxil etdi. Bu səbəbdən Rahimin artıq mənə zəng edə bilmədi. Bundan bir qədər sonra qızım mənə Rahim adlı şəxsin əxlaqsız mesajlar yazmasını bildirdi. Qızımdan bu barədə atasına heç nə deməməsini xahiş etdim. Ondan mesajları silməsini tələb etdim. Qızım da mesajları sildiyini və Rahimin nömrələrinin də "qara siyahıya” saldığını dedi.

Zərərçəkmiş bildirib ki, Rahimin onu bir dəfə "Ümid” restoranına, ikinci dəfə isə "Ördək gölü” restoranına aparıb: "Həmin yerlərə Rahimdən qorxaraq məcburi şəkildə getmişəm. "Ördək gölü”ndə olduğum vaxt isə halım pis olub. Buna görə də heç nə yeməmişəm”.

Həmçinin zərərçəkmiş ifadəsində deyib ki, Rahimin ona bir neçə dəfə gecələr də zəng etsə də təkliflərini rədd edib: "O, mənə əxlaqsız mesajlar yazıb, yaza bilmədiyindən mesajlarına cavab verməmişəm. Şəkidən Şəmkirə gedəndə olanlar barədə yoldaşıma danışdım. Ancaq imtahanları olduğu üçün həmin vaxt polisə şikayət etmədik”.
Sevda Babayevanın sözlərinə görə, Rahimə bir neçə dəfə bildirib ki, zorakılıqla olan cinsi əlaqəni istəmir, özünü hazır hiss etdiyi vaxt razılığı ilə cinsi əlaqədə olacaq.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahim Nəsirovun cinayət əməli sübuta yetirilməyib. Buna görə də Rahim Nəsirovun barəsində bəraət hökmü çıxarılıb.
Hökmdən prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində Rahim Nəsirovun barəsində olan bəraət hökmünün ləğv edilməsini, ona ittihamedici hökm çıxarılmasını istəyib. Həmçinin zərərçəkmişdə eyni tələblə apelyasiya şikayəti verib.
Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim kollegiyası həm prokurorluğun protestini, həm də zərərçəkmiş şəxsin şikayətini təmin etməyib.

 
a24.az

Oxunma sayı : 1153

Loading...
SON XƏBƏRLƏR
"Bu nə paltardı geyinmisən, sənə demişəm "razmer"inə görə geyin" - VİDEO - 25 Aprel 2017, 12:37
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Çernobıl əlilləri ilə görüşü keçirilmişdir - 25 Aprel 2017, 12:34
NIKOIL | Bank reqbi üzrə beynəlxalq turnirə dəstək oldu - 25 Aprel 2017, 12:30
Bakıda film kimi hadisə: polis özünü öldürmək istəyən şəxsi belə xilas etdi - TƏFƏRRÜAT - 25 Aprel 2017, 12:28
“Qara bazarı” ləğv edəcək qərar - dollar almaq istəyənlərin işi asanlaşacaq - 25 Aprel 2017, 12:11
Azərbaycan məktəblərində dərs olmayacaq - RƏSMİ - 25 Aprel 2017, 12:05
İbrahim Mehdiyev üçün yolun sonu: Yasamalda son 10 gündə 3 etiraz aksiyası - 25 Aprel 2017, 11:57
"Təcili yardım işçilərini döyənlər məhkəməyə verilib"- Rəsmi açıqlama - 25 Aprel 2017, 11:51
"Jurnalist olmaq istəməmişəm" - Əflatun Amaşovun oğlu - 25 Aprel 2017, 11:30
“Səni tutacağıq” - Yaxını həbs olunan köçkündən merə - VİDEO - 25 Aprel 2017, 11:25
Bakı yaxınlığında ağır qəza: qadın öldü - 25 Aprel 2017, 11:13
"Neft hasilatı azaldılmalıdır" - Natiq Əliyev - 25 Aprel 2017, 11:05
DTX-ya yeni səlahiyyət verildi - 25 Aprel 2017, 10:59
Bakıda dəhşətli hadisə: güclü külək fəhləni binadan aşağı atdı - VİDEO - 25 Aprel 2017, 10:51
Ağdaşda 10-cu sinif şagirdi özünü asdı - 25 Aprel 2017, 10:43
Bakıda sevdiyi oğlan tərəfindən atılan qız intihar etmək istədi - 25 Aprel 2017, 10:34
Azərbaycanda yüksək rütbəli məmur vəfat etdi - 25 Aprel 2017, 10:30
Rayonlarımız atəşə tutuldu - 25 Aprel 2017, 10:26
Bakıda təcili yardımın sürücüsü və tibb bacısı döyüldü - 25 Aprel 2017, 10:14
Yasamalda gərgin anlar: Evlər sökülür, jurnalistlər daşlanır - FOTOLAR - 25 Aprel 2017, 01:24
400 minə qızına toy edən məmur haqqında yazılanları internetdən sildirir - İDDİA - 25 Aprel 2017, 01:01
Azərbaycanda 2 yaşlı uşağa siqaret çəkdirdilər -- ŞOK VİDEO - 25 Aprel 2017, 00:51
Əli ilə Naz yenə ayrıldı - VİDEO - 25 Aprel 2017, 00:48
Mən niyə oğluma 400 manata velosiped ala bilmirəm? - 24 Aprel 2017, 19:05
Tovuzun icra başçısının müavini "facebook"da yayılan fotoya görə işdən qovuldu - 24 Aprel 2017, 18:54
"Lider"in xanım aparıcısı hovuz kənarında - FOTOLAR - 24 Aprel 2017, 18:30
Azərbaycanlı gənc ilkə imza atdı – Bu təşkilatın təqüdünü qazandı - 24 Aprel 2017, 17:57
Ermənilərdən Azərbaycana qarşı TƏXRİBAT - 24 Aprel 2017, 17:37
Rusiyada məktəbdə partlayış - Ölən və yaralılar var - 24 Aprel 2017, 17:27
Fahişəlik və qumara görə cərimələr sərtləşdi - 24 Aprel 2017, 17:05
Xəzərdə təhlükəli vəziyyət: 200-dən çox neftçi təxliyə olunub - 24 Aprel 2017, 17:00
“İphone 8” modelinin ilk - Fotoları - 24 Aprel 2017, 16:36
Bakıda yaşayış binasında yanğında üç polis tüstüdən zəhərləndi - 24 Aprel 2017, 16:12
“Neftçi” antirekordlardan doymur: Flaqmanın biabırçılığı davam edir - 24 Aprel 2017, 16:08
Cahangir Hacıyevin şikayətinə baxılacaq - 24 Aprel 2017, 16:05
Məleykə Əsədovanın dəbdəbəli evi - VİDEO - 24 Aprel 2017, 15:50
"Pul təklif edirlər ki, bizi parodiya edin" - Rafael - 24 Aprel 2017, 15:39
Dünyanın ən təhlükəli və təhlükəsiz şəhərləri - SİYAHI - 24 Aprel 2017, 15:38
Mərhum polkovnikin həyat yoldaşından ürəkdağlayan məktub: "Oğlum ölüm ayağındadır, ona yardım edin!" (FOTO) - 24 Aprel 2017, 15:33
Binəqədidə ağacları kəsdilər: Qarşıdurma yarandı – VİDEO - 24 Aprel 2017, 15:32
"Dedi ya pulu gətir, ya da arvadını" - Facebook-da cinayət mesajı - 24 Aprel 2017, 15:30
Hollandiyada azərbaycanlılar arasında dava: Sürət Hüseynovun keçmiş cangüdəni bıçaqlandı - 24 Aprel 2017, 15:15
Tovuzda filial müdirinin qətlinin TƏFƏRRÜATI - 24 Aprel 2017, 15:12
Bakıda bu avtomobillərin hərəkəti məhdudlaşdırldı: 40 manat cərimə - 24 Aprel 2017, 14:51
"Məmurlar efirdə gözəl qız görən kimi deyir ki, nömrəsini tapıb, gətirin bağ evimə" - 24 Aprel 2017, 14:48
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10