00:56 Cümə, 15 Dekabr 2017
TOP4

Arvadını və 4 qızını öldürüb, basdırdı - Salyanda dəhşət

10:24, 07.12.20173030
Arvadını və 4 qızını öldürüb, basdırdı - Salyanda dəhşət
Salyanda itkin düşən ana və 3 qızın öldürüldüyü məlum olub.
 
AZXEBER.COM  APA-ya istinadən məlumat verir ki, 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları - Rəqibə, Sevda, İradənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.
 
Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Hazırda meyitlərin basdırıldığı yerdən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Ata və oğlu saxlanılıb.
 
Faktla bağlı Salyan Prokurorluğunda araşdırma aparılır.
0
XƏBƏR LENTİ