20:03 Bazar Ertəsi, 19 Avqust 2019
DÜNYA

Dəhşətli partlayışdan sonra ana-ata öldü, uşaqlar körpələr evinə verildi

23:31, 07.05.20195501
Dəhşətli partlayışdan sonra ana-ata öldü, uşaqlar körpələr evinə verildi
Xəbər verdiyimiz kimi, aprelin 21-də Kürdəmirdə yaşayış evində partlayış baş verib.

AZXEBER.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisədən bir gün sonra ailə başçısı 31 yaşlı Anar Əsədov, dünən isə xanımı  34 yaşlı Qəndab Hüseynova dünyasını dəyişib.

Yüngül xəsarət alan azyaşlı uşaqlar ( 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov) körpələr evinə verilib, 8 yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.
XƏBƏR LENTİ