00:14 çərşənbə, 20 Iyun 2018
SOSİAL

Dəhşətli qəzada ölən şəxs Ramiz Mirzəyevin oğlu imiş

11:17, 15.02.20184937
Dəhşətli qəzada ölən şəxs Ramiz Mirzəyevin oğlu imiş
Ötən gecə Sabirabadın Həşimxanlı kəndində baş vermiş ağır yol qəzasında vəfat edən 33 yaşlı Anar Mirzəyev AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin oğlu imiş.
 
A.Mirzəyevin sərnişin qismində olduğu "Jeep” markalı minik avtomobili su kanalına aşıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Ramiz Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" istehsalat birliyinin baş direktoru, "Azərneftyağ" neft emalı zavodunun direktoru, sənaye və energetika nazirinin müavini vəzifəsində çalışıb. O, 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi.

Onu da qeyd edək ki, keçən il Hacıqabulda "Toyota Land Cruiser"in ağır qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev vəfat edib
 
///Lent.az
XƏBƏR LENTİ