04:38 Bazar Ertəsi, 16 Dekabr 2019
SAĞLAMLIQ

Dəhşətli xəstəliyin çarəsi tapıldı

11:22, 14.06.20133927
Dəhşətli xəstəliyin çarəsi tapıldı

Kanadadakı Gelf Universitetinin alimləri isə apardıqları araşdırma nəticəsində tibbdə inqilab sayıla biləcək nəticə əldə etdiklərini bildiriblər. Onlar qaraciyər fermenti vasitəsilə hüceyrələri sarılığın fəsadlarından qorumağın yollarını tapdıqlarını bəyan edirlər. Kanadalı həkimlər bu minvalla sarılığın tam müalicəsi üçün prinsipial yeni metodların hazırlana biləcəyini vurğulayıblar.

Anadan olan 3 uşaqdan 2-də sarılıq aşkarlanır. Adətən uşağı ultrabənövşəyi lampa şüalarına məruz qoyaraq sarılığı müalicə edirlər. Lakin bu üsul həmişə effektiv olmur. Bir qayda olaraq sarılıq ağır fəsadlarsız ötüşür. Amma son illərdə sarılıq nəticəsində beyində ağır fəsadlar müşahidə olunur ki, bu da serebral iflic və eşitmə qabiliyyətinin itirilməsi ilə sonuclanır. Yetkinlik yaşına çatmış adamlarda isə sarılıq qaraciyər, öd xəstəlikləri, malyariyada olduğu kimi qan hüceyrələrinin intensiv parçalanmasına səbəb olur. Bütün hallarda bilirubin birləşməsi qanda yığışır. Bilirubin miqdarının normadan artıq olması isə qanı zəhərləyir, beynin fəaliyyətinə ağır zərbə vurur.

Kanadalı alimlər bilirubini parçalayan təbii ferment tapıblar. Həmin ferment R450 2A5 sitoxromudur. Qanda bilirubin miqdarının artması həmin fermentin "istehsal"ını sürətləndirən geni aktivləşdirməyə imkan verir. Gelf Universitetində aparılmış araşdırmalar zamanı təsbit edilən ferment qandakı bilirubini parçalayır, qaraciyər hüceyrələrini "ölüm"dən qurtarır. Alimlər indi həmin fermentin ən effektiv və təhlükəsiz miqdarını müəyyənləşdirməyə çalışırlar.//milli.az

XƏBƏR LENTİ