14:52 Cümə, 06 Dekabr 2019
SOSİAL

Almaniya 61 azərbaycanlını deport etdi: Bakıya qayıtdılar

11:32, 15.11.201911295
Almaniya 61 azərbaycanlını deport etdi: Bakıya qayıtdılar
Dövlət Miqrasiya Xidməti Almaniyadan deportasiya olunan azərbaycanlılarla bağlı məlumat yayıb.

AZXEBER.COM-a daxil olan məlumata görə, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində dünən Almaniyadan Azərbaycana çarter reysi ilə 61 nəfər Azərbaycan vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.
XƏBƏR LENTİ