23:58 şənbə, 25 Yanvar 2020
SAĞLAMLIQ

Deputat: "Mənşəyi məlum olmayan dərmanlar və onların reklamlarına nəzarət edilməlidir"

13:59, 13.11.20193899
Deputat:
Bəzən özəl idman müəssiələrində qida əlavələri, proteinlər və müxtəlif kimyəvi maddələrin kortəbii şəkildə istifadə olunması hallarına rast gəlinir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, bundan əlavə, bəzən insanlara çəki azaltmaq üçün müxtəlif vasitələrdən kortəbii şəkildə istifadənin reklam edilməsini görürük:

"Araşdırmalar göstərir ki, əslində bu vasitələrdən kortəbii istifadə ciddi xəstəliklərə, xüsusən də xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Mənşəyi məlum olmayan dərmanlara, qida vasitələrinə və onların reklamlarına mərkəzləşdirilmiş şəkildə nəzarət etmək yaxşı olardı".

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ