xari

Deputat: "Sosial proqramlarda şəhid ailələri və qazilərimizə üstünlük veriləcək"

SİYASƏT
20:37 04.12.2020
395

"Bütövlükdə ölkəmiz üçün başlanan yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimiz üçün dövlət proqramları ilə yanaşı, fərqli ictimai təşkilatların reallaşdırdığı layihələrin də genişləndirilməsinə ehtiyac var. Bu, hər birimizdən xüsusi diqqət və qayğı tələb edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Azərbaycan canını ərazi bütövlüyümüz yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bu gün bir dəqiqəlik sükutla yad etdi: "Qələbəmizin əldə edilməsinə görə şəhidlərimizə borcluyuq. Artıq Azərbaycan üçün yeni mərhələ başlayır. Bu mərhələdə şəhid ailələrinin, eləcə də savaş qazilərimizin sosial təminatının daha da gücləndirilməsi əsas prioritetlərdən olacaq. Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi üçün 20 istiqamət üzrə birbaşa ödənişlər və güzəştlər həyata keçirilir. Bura şəhid ailələrinə 11 min manatlıq sığorta ödənişdən başlayan şəhid ailələrinə xərclənən vəsaitin müvafiq mərkəzi və yerli büdcələr, pensiya və müavinətlərə çəkilən xərclərin isə Dövlət Sosial Müdafiə Fondu və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilməsinədək müxtəlif tədbirlər aiddir”.

Deputat nəzərə çatdırıb ki, yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimizin işlə təmin olunması da sosial siyasətin əsas hədəflərindəndir: "Özünüməşğulluq və digər sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizə üstünlük veriləcək və kvotalar artırılacaq. Məşğulluğa yönəlik sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakının daha da genişləndirilməsi üçün həmin vətəndaşlarımıza xüsusi güzəştli kateqoriya olaraq ayrıca qeyd edilməsi məqsədəuyğundur”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:28 15.01.2021

Azərbaycan XİN:" Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir"

20:56 15.01.2021

İqtisadi Şuranın növbəti iclası keçirilib

20:29 15.01.2021

Prezident: Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir – VİDEO

20:07 15.01.2021

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

19:49 15.01.2021

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

19:32 15.01.2021

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

19:30 15.01.2021

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

19:18 15.01.2021

Prezident Cıdır düzündə paxlava ilə çay içib: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"

19:04 15.01.2021

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

18:43 15.01.2021

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub

18:29 15.01.2021

Bayden pandemiyaya görə amerikalılara ödənən pulu artırmağı təklif etdi

18:18 15.01.2021

Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu

17:49 15.01.2021

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə etdilər

17:37 15.01.2021

Makron Ərdoğana məktub göndərib

17:26 15.01.2021

Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA

17:13 15.01.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də azaldı