BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Deputat vətəndaşlara çağırış etdi – Dollarları manata çevirin

Deputat vətəndaşlara çağırış etdi – Dollarları manata çevirin
TOP4
14:26 13.03.2020
5524
Komitə sədri dolların qalxması və ya neftin ucuzlaşmasının uzun müddət davam etməsi barədə deyilən nəzəri və fantastik fikirlərə ehtiyac yoxdur.

AZXEBER.COM "ölkə.az”a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, baş verən proseslərə Azərbaycan Prezidentinin nəzarətindədir və baş verən proseslərə adekvat olaraq müvafiq addımlar atılır.

"Bir də ki, neftin qiymətinin enməsi koronavirusla bağlıdır və problem 1-2 ay müddətinə aradan qalxacaq. Çünki neftin qiymətinin enməsinin heç bir elmi əsası yoxdur.

O baxımdan əmanətlərin 3 il müddətinə uzadılmasına da ehtiyac yoxdur”- komitə sədri deyib.

Komitə sədri onu da deyib ki, əgər zərurət yaranarsa, parlament məsləyə yenidən baxıb, müddəti uzada bilər.

Komitə sədri eyni zamanda deyib ki, bəzi qüvvələr tərəfindən əhali arasında məqsədli olaraq ajiotaj yaradılır:

"Azərbaycan hökumətinin problemin həlli ilə bağlı yetərincə imkanları olduğundan əhali arasında ajiotajın yaranmasına ehtiyac yoxdur”.

M.Quliyev onu da əlavə edib ki, bu məslədə bir milli-mənəvi məqamlar var və biz bunun üzərində işləməliyik.

"Yadınızdadırsa. Bir müddət əvvəl Türkiyədə dollar problemi yarananda evində 100 dolları olan belə gedib dollarını milli valyutaya çevirməklə Türk lirəsinə dəstək verdi.

Odur ki, biz də belə bir addım atmaqla milli valyutamıza dəstək verməliyik. Bu işdə media da öz töhfəsini verməlidir”, - komitə sədri deyib.

OXŞAR XƏBƏRLƏR