13:50 Bazar Günü, 15 Dekabr 2019
SOSİAL

Deputatdan maraqlı təklif: “Bu şəxslər avtobuslardan pulsuz istifadə etməlidir”

10:23, 14.11.20195287
Deputatdan maraqlı təklif: “Bu şəxslər avtobuslardan pulsuz istifadə etməlidir”
"Təqaüdçülərə ictimai nəqliyyatdan pulsuz istifadə etmək barədə düşünmək olar”.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, bunu deputat Elmira Axundova parlamentin plenar iclasında deyib.

"Gələn ilin büdcəsində müxtəlif növ kateqoriyalı insanlar üçün bir sıra sosial güzəştlər və imtiyazlar nəzərdə tutulub.

Lakin yaşlı vətəndaşlar üçün, demək olar ki, təqaüddən başqa əlavə gəlir yoxdur.

Əgər biz gələn il təqaüdçülərə ictimai nəqliyyat növlərini pulsuz etsək, bu, yeni ildə onlar üçün ən yaxşı hədiyyə olardı”, - deyə Elmira Axundova bildirib.

Deputat ahıl yaşda olan insanlarla bağlı digər təklifini də səsləndirib:

"Təklif edirəm ki, 80 yaş və ondan yuxarı olan şəxslərə dərmanlar pulsuz verilsin, ya da onların təqaüdlərinə şərti olaraq "dərman pulu” dediyimiz məbləğ əlavə edilsin.

Yenə də dünya təcrübəsinə əsaslanaraq bunu deyirəm. Misal olaraq, Almaniyada təqaüdçülər onlara səhhətləri üçün vacib olan bütün dərmanları pulsuz alırlar.

Çox arzulayardıq ki, bu xoş və nəcib təcrübə Azərbaycanda da tətbiq olunsun. Çünki bizim inkişaf səviyyəmiz buna imkan verir”.
XƏBƏR LENTİ