18:11 çərşənbə, 26 Iyun 2019
SİYASƏT

Deputatlar Keşikçidağ abidəsi ilə bağlı etirazlarını bildiriblər

17:20, 17.05.20193664
Deputatlar Keşikçidağ abidəsi ilə bağlı etirazlarını bildiriblər
Milli Məclisin deputatları Gürcüstanda haqqında iddialar səsləndirilən Keşikçidağ abidəsi ilə bağlı etirazlarını bildiriblər.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, deputat Tahir Kərimli deyib ki, Azərbaycan və Gürcüstan arasında dostluq daim davam etməlidir. Çünki bu dostluq tarixi ənənəyə söykənir: "Bu, bizim üçün də önəmlidir, yolumuz Gürcüstandan keçir. Bizim suverenliyimiz daxilində gürcülərə imkan verdik ki, gürcü xalqının bir sıra nümayəndələri "pasxa" bayramını keçirsinlər. Onlar isə "Keşikçidağ"da aksiya keçirərək Azərbaycanın dövlət müstəqilliyi əleyhinə şüarlar səsləndirdilər. Qanunu ciddi şəkildə pozdular, bizi təhqir etdilər. Bizim də Gürcüstan ərazisində xeyli müsəlman abidələrimiz var. İddia etmirik ki, harada bizim abidəmiz varsa, ora torpağımızdır. Bu məsələ ilə bağlı iki ölkə arasında komissiya fəaliyyət göstərir".

Deputat Fərəc Quliyev də bu gərginliyin aradan qaldırılmasının vacibliyini qeyd edib. O deyib ki, "Keşikçidağ" Azərbaycan ərazisidir.

Qənirə Paşayeva bu məsələnin Azərbaycanın maraqları çərçivəsində həll ediləcəyinə inandığını bildirib:

"Azərbaycan Gürcüstanla münasibətlərdə həmişə həssas davranır, ancaq ərazi bütövlüyü daha əzizdir. Həmin abidə də hər zaman Azərbaycana məxsus olub. İnsanlarımız da həmin abidəyə Keşikçidağ tarixi mədəniyyət abidəsi deməlidir, David Qareci kilsəsi yox".

Millət vəkili Nəsib Məhməliyev də Keşikçidağla bağlı səslənən iddiaları qəbuledilməz sayıb: "Bu polemikalar səngiməli, komissiyalar intensiv fəaliyyət göstərməlidir". 
XƏBƏR LENTİ