16:57 Cümə Axşamı, 15 Noyabr 2018
SİYASƏT

"Deputatların maaşı artırılsın" - Qüdrət Həsənquliyevdən təklif

14:01, 07.11.20183569
Bu gün Milli Məclisin iclasında yenidən deputatların maaşının artırılması təklif edilib.

AZXEBER.COM xəbər verir ki, təkliflər millət vəkil Qüdrət Həsənquliyev çıxış edib. O bildirib ki, cərimələrdən toplanan vəsaitin 3 faizi deputatların maaşına əlavə edilməlidir: "Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama əsasən mayın 1-dən deputatların əmək haqları artırılıb. Bu, müsbət addımdır.
 
Bəzi dövlət qurumlarının tətbiq etdiyi cərimələrdən əldə olunan vəsaitin 25 faizi həmin qurumlarının əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldilir.
 
O fikirlə razıyam ki, cərimələrdən toplanan vəsaitin 25 faizin verilməsi məsələsi ləğv edilsin, həmin vəsait büdcəyə köçürülsün. Əgər bu sistem tətbiq olunursa, o zaman həmin məbləğin 3 faizi deputatların əmək haqqına əlavə edilməlidir”.
 

XƏBƏR LENTİ