13:38 Bazar Ertəsi, 18 Noyabr 2019
Maqazin

"Deyirlər intim səhnələr və öpüşmə var?"

19:14, 22.10.201913626

Rəqqasə Oksana Rəsulova yeni filmi "Sevgi romanı"ndan bəhs edib.

 

AZXEBER.COM xəbər verir ki, sənətçi insanların ona ekran işi ilə bağlı ünvanladığı suallardan söz açıb. O, "Faydalı saat" verilişində deyib ki, hər kəs ondan açıq-saçıq görüntülər gözləyir:

"Filmin posteri çıxıb. Baş rol Şəhriyarla mənəm deyə, posterdə ikimizin şəkli var. Məndən soruşurlar ki, intim və öpüş səhnələri var? Niyə görə insanlarda belə şeylər bu qədər maraq yaradır? Məndən öpüşmək gözləyirlər".

Şəhriyar Əbilov isə "Təbiətən etiyacları var. Azərbaycan müasir filmlərində çatmayan çox yaxşı cəhətlər var. Bu filmdə ehtiras, sevgi, sevdiyi insana görə çox çətin yoldan keçən personaj, xəyanətə görə üz döndərib qaçanlar yer alıb" deyə, ona cavab verib.


 

 
XƏBƏR LENTİ