00:15 Bazar Ertəsi, 23 Sentyabr 2019
Maqazin

"Deyirlər ki, mənə pul verib, susdurdular" - Nazpərinin qardaşı qızı

12:28, 10.06.20192699

Məni qınayan insanlara demək istəyirəm: Başqasının günahını, eybini açmağın günah olduğunu mən də bilirəm. Əgər canınız mənimki qədər yansaydı, haqq verərdiniz.

AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyevin qeyri-rəsmi nikahdan olan qızı Pərvanə yazıb.

O bildirib ki, bir çoxları onu bibisi Nazpəridən pul almaqda günahlandırır:

"Bizi yıxan, yerdən-yerə vuran insanların ciyəri beş manat etməz. Anamın və özümün qisasımı almaq məcburiyyətində idim. Bəzi insanlar elə düşünür ki, Nazpəri mənə pul verib, susdurub. Məni Allah da susdura bilməz. 6 yaşındakı Pərvanənin qisasını aldım. Onların pulları mənə lazım deyil. Anamı bədbəxt etdilər, atdılar bir kənara. Hər kəs etdiyinin günahını ödəməlidir. Əgər kiməsə pislik etmişəmsə, çıxsın qarşıma. Bütün günahlarımın bədəlini ödəməyə hazıram".

 

Qeyd edək ki, Pərvanə 6 yaşında atasının ona təcavüz etdiyini iddia edib.


XƏBƏR LENTİ