02:55 Cümə Axşamı, 18 Iyul 2019
SOSİAL

Diaspora Komitəsi AXC ilə bağlı kitablara pul ayırmaqdan imtina etdi – FOTO

13:18, 24.04.20194199
Diaspora Komitəsi AXC ilə bağlı kitablara pul ayırmaqdan imtina etdi – FOTO
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlı kitabların nəşrinə pul ayırmaqdan imtina edib. AzEuroNews.com  xəbər verir ki, AXC ilə bağlı Ədalət Tahirzadənin və Dilqəm Əhmədin üç dildə çap edilən "Azərbaycan Respublikası (1918-1920)" kitabının yenidən nəşr edilməsinə maliyyə ayrılması xahişi ilə tanınmış naşir, "Qanun” nəşriyyat evinin sahibi Şahbaz Xudoğlu komitəyə müraciət edib:

"ADR-in 100 illiyi ilə bağlı Ədalət Tahirzadənin və Dilqəm Əhmədin yazdıqları "Azərbaycan Respublikası (1918-1920)" kitabı üç dildə nəşr etdik. Sonra onların hərəsindən bir ədəd zərfə qoyub Diasporla iş üzrə Dövlət Komitəsinə göndərdim. Məktubda yazdım ki, xaricə gedəndə, qonaqlarınız gələndə onlara hədiyyə edin, qoy dövlətimizin tarixi haqqında yaxşı məlumatları olsun. Doğrusu, məktubuma cavab gəlməyəcək deyə düşünmüşdüm. Amma gəldi, proqnozum özünü doğrultmadı. Cavab Məktubunda yazılıb ki, kitab almaq üçün büdcə nəzərdə tutulmayıb”.

 


Ş.Xudoğlu qeyd edib ki, bundan əvvəlki komitə sədri Nazim İbrahimova da buna oxşar bir müraciəti olub: "Eşitdiyimə gözə öncəki nazirin (komitə sədri nəzərdə tutulur- red) arxa otağından Min-Bir Gecə nağıllarına bənzər bir mühit aşkar olubmuş. Nazim İbrahimova bir vaxt məktub göndərmişdim, Məhəmməd Əmin Rəsulzadənin kitabı ilə bağlı… Onda da büdcələrində kitaba pul yox idi. "Kitaba büdcədə yer yox” deyib dövlətin büdcəsini arxa otaqlarına, bağlarına, maşınlarına, şəxsi mənfəətlərinə, xaricdə yaşayanlar arasında nifaqa xərcləyənlər…”.
 

 


XƏBƏR LENTİ