"Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa çıxmaq şansı yüksəkdir" - Vəkil

02 Avqust 2017, 15:08
AAA
Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən və hazırda ermənilərin işğalı altında olan Azərbaycanın Şuşa şəhərində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən kommunikasiyanın başlanması çox önəmli məsələdir.

Bunu Trend-ə D.Əsgərov və Ş.Quliyevin hüquqlarını müdafiə edən vəkil Anar Bağırov deyib.

O qeyd edib ki, erməni tərəfi qətiyyən istəmirdi ki, bu iş Avropa Məhkəməsində kommunikasiyaya qəbul olunsun.

Vəkil bildirib ki, D.Əsgərov və Ş.Quliyevlə bağlı Avropa Məhkəməsinə etdiyimiz müraciətdə Ermənistanın soydaşlarımıza qarşı etdiyi bütün qeyri-insani davranışlar göstərilib: "Şikayət ərizəsində bütün halları, o cümlədən girovluqda saxlanılan soydaşlarımıza qarşı edilən işgəncələr, qeyri-insani rəftarla bağlı sübutları təqdim etmişik. Eyni zamanda, Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı olan qeyri-insani rəftarla bağlı düşmən tərəfinin yaydığı fotoları, video görüntüləri də işə əlavə etmişik və məhkəmədən xahiş etmişik ki, bütün bunlara ədalətli qiymət verilsin. Biz bu işdə cavabdeh tərəf kimi Ermənistanı göstərmişik. Avropa İnsan Hüquqları Məhkəməsinin Çıraqovların Ermənistana qarşı şikayəti üzrə çıxardığı qərarında göstərilir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində effektiv nəzarəti həyata keçirən məhz Ermənistandır. Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin işində də Ermənistanı cavabdeh qismində tanıyıb və bu ölkəyə bir sıra suallar ünvanlayıb. Artıq sualların mahiyyətindən də görünür ki, Avropa Məhkəməsi bu işdə göstərilən faktları real qəbul edib. Məhkəmə Ermənistana sual ünvanlayıb ki, "Siz Dilqəm Əsgərov və Şahbaz Quliyevi ittiham edirsiniz ki, qanunsuz sərhəd keçiblər. Hansı sərhəddən söhbət gedir?! Azərbaycan ərazisində başqa hansı sərhəd ola bilər?! Axı bu sərhəddi heç kim tanımır, bu sərhəd beynəlxalq qanunvericiliyə, normalara ziddir”. Bütün bunlar onu göstərir ki, Avropa Məhkəməsi məsələyə ciddi yanaşır".

A.Bağırov vurğulayıb ki, qondarma Dağlıq Qarabağ rejimi bu işlə bağlı bir neçə dəfə Avropa Məhkəməsinə müraciət edib: "Müraciətlərin birində göstərilib ki, bu işdə Ermənistan deyil, qondarma Dağlıq Qarabağ rejimi tərəf olmalıdır. Ancaq Avropa Məhkəməsi onların müraciətlərini rədd edib. Yəni, məhkəmə göstərdi ki, bu işdə cavabdeh tərəf kimi Ermənistanı qəbul edir. Qondarma Dağlıq Qarabağ rejiminin bu işdə məhkəmədə cavadeh tərəf kimi çıxış etməsi barədə söhbət gedə bilməz".

Vəkil qeyd edib ki, bu, həm hüquqi, həm də siyasi məsələdir: "Bu işin bizim üçün siyasi əhəmiyyəti ondan ibarətdir ki, Avropa Məhkəməsi işğalçı kimi Ermənistanı tanıyır, qondarma rejimi bir qurum kimi tanımır və beləliklə, Ermənistanın Azərbaycan ərazilərini işğal faktı bu məsələdə də öz əksini tapır. Bir daha təsdiq olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində baş verənlərə görə məsuliyyəti Ermənistanın cinayətkar rəhbərliyi daşıyır. Eyni zamanda, girovluqda olan soydaşlarımız barəsindəki qanunsuz hərəkətlərə görə bütün məsuliyyəti məhz cinayətkar Sarkisyan rejimi daşıyır".

Bu işlə bağlı kommunikasıyanın əhəmiyyətindən danışan A.Bağırov bildirib ki, kommunikasiya başlayıbsa, iş tez bir zamanda qərarla nəticələnməlidir: "Yəni, bu iş artıq məhkəmənin icraatındadır. Avropa Məhkəməsinin prosedurlarında ən çətin məsələ müraciətin icraata götürülməsidir. Çünki Avropa Məhkəməsinə edilən müraciətlərin tam əksəriyyəti heç icraata qəbul olunmur və ya bu müddət çox uzun çəkir. Avropa Məhkəməsində növbədə minlərlə müraciətlər var. Bu baxımdan kommunikasiyaya başlanması çox önəmli məsələdir. Hesab edirik ki, əgər müraciət kommunikasiyaya qəbul olunursa, həmin iş üzrə qərarın qəbul olunma ehtimalı çox yüksəkdir. Ümid edirik ki, müraciətə qısa müddətdə baxılacaq. Avropa Məhkəməsinin bu işlə bağlı ədalətli qərar qəbul edəcəyinə böyük ümidim var və hesab edirəm ki, məhkəmənin qəbul edəcəyi ədalətli qərarla soydaşlarımızın azadlığa çıxacağı və öz evlərinə qayıdacağı şansı yüksəkdir. Ancaq təbii ki, erməni tərəfi Avropa Məhkəməsinin qərarını icra etməkdən yayınmağa çalışa bilər. Əgər Ermənistan tərəfi məhkəmənin qərarını icra etməzsə, bunun da öz məsuliyyəti var. Avropa Məhkəməsinin qərarlarını icra etməməyə görə müəyyən mexanizmlər var ki, qərar icra edilməyəcəyi təqdirdə həmin mexanizm Ermənistana qarşı işə düşəcək”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Oxunma sayı : 417

Loading...
SON XƏBƏRLƏR
Xəzərdə bir nəfər batdı - Axtarış aparılır - 16 Avqust 2017, 17:36
Ali məktəblərə qəbul planının neçə faizi dolub? - RƏSMİ AÇIQLAMA - 16 Avqust 2017, 17:31
Əfran İsmayılov: "Sosial şəbəkələrdə məni söyənlərə demək istəyirəm ki ..." - 16 Avqust 2017, 17:22
Dolların sabaha olan məzənnəsi - 16 Avqust 2017, 17:11
Masallıda ana və iki azyaşlı övladı yandı - 16 Avqust 2017, 17:04
Əfran üçün…Mahirləri qorxuzmayın! - 16 Avqust 2017, 16:51
DSX-nın bir qrup hərbi qulluqçusu təltif edildi - SİYAHI - 16 Avqust 2017, 16:47
İmişli DSMF-nin əməkdaşı II qrup əlildən rüşvət istədi - Audio - 16 Avqust 2017, 16:34
Prokurordan Akif Çovdarova 15 il həbs tələbi - 16 Avqust 2017, 16:34
Astan Şahverdiyevə "şərəfsiz" deyən keçmiş deputat onun müdafiəsinə qalxdı - 16 Avqust 2017, 16:32
Prezident “Azərsu”ya 4 milyon manat ayırdı - 16 Avqust 2017, 16:20
Məktəbli qızı zorlayan sinif yoldaşlarından biri məmur oğludur - 16 Avqust 2017, 16:00
Niyam Salami bunu ilk dəfə etdi - VİDEO - 16 Avqust 2017, 15:43
Bulvarda qadın hər kəsin gözü önündə intihar etdi - FOTOLAR - 16 Avqust 2017, 15:30
Bakıda kişi sevdiyi qadını qısqandığına görə həbs etdirdi - 16 Avqust 2017, 15:08
Bakı bulvarındakı "Günəşli" restoranında müştərilərə yeni tələ: ( FOTOFAKT) - 16 Avqust 2017, 15:06
Azərbaycanlı şair bu şeirinə görə təhqir olundu: Aysel, ayaqların nə yaxşı ki, var - 16 Avqust 2017, 15:03
Naz çılpaq fotosunu paylaşıb, namusdan danışdı - FOTOLAR - 16 Avqust 2017, 14:57
NIKOIL | Bank vakansiya elan edir - 16 Avqust 2017, 14:53
Ermənilər Kəlbəcərdə nəhəng zavodun tikintisinə başladı - 16 Avqust 2017, 14:41
Nazir Yavər Camalovun qardaşı məhkəmədə ifadə verdi - Aldadıldığını iddia edir - 16 Avqust 2017, 14:34
Ermənilər Kəlbəcərdə nəhəng zavod tikir - VİDEO - 16 Avqust 2017, 14:34
"Bu hadisə Azərbaycan gəncləri üçün də əlamətdardır" - Seymur Orucov - 16 Avqust 2017, 14:33
“Milli Ön”dən 385 manat oğurlandı - 16 Avqust 2017, 14:30
Bakıda toyda qız gülü tutarkən evlilik təklifi aldı - VİDEO - 16 Avqust 2017, 14:26
Vergilər Nazirliyi “Turan”ın ofisində axtarışa başladı - 16 Avqust 2017, 14:14
MTRŞ efirdə danışığını bilməyən aparıcıların adını açıqladı - SİYAHI - 16 Avqust 2017, 14:10
"Faytonçu" Nazim xərçəng xəstəsidir? - ÖZÜ AÇIQLADI - 16 Avqust 2017, 14:06
“Astan Şahverdiyevə yenə qulaqburması veriləcək” - Ağacan Abıyev - 16 Avqust 2017, 13:50
“Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi, Azərbaycandan köçüb getdi” - Şəhid anası - 16 Avqust 2017, 13:48
Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası - FOTOLAR - 16 Avqust 2017, 13:15
Ana doğduğu uşağını kolluğa atıb qaçdı -Qız olduğuna görə - 16 Avqust 2017, 13:11
Mahir Mədətov tanınmış prodüserin oğlu imiş - FOTOLAR - 16 Avqust 2017, 12:48
Startaplarımız 10000 avro qazanmaq üçün mübarizəyə qoşulacaq - 16 Avqust 2017, 12:47
Sabahın hava proqnozu açıqlandı: yağış yağacaq - 16 Avqust 2017, 12:42
Gədəbəydə 14 yaşlı uşağı bıçaqlayıb öldürdülər - 16 Avqust 2017, 12:25
Bələdiyyə sədrinin öldürülən oğlunun gələn ay toyu olacaqmış... - FOTOLAR - 16 Avqust 2017, 12:04
Ramiz Əzizbəyli Türkiyəyə aparıldı: İki ay vaxtımız var - 16 Avqust 2017, 11:57
Xəzərdə zəlzələ olub - 16 Avqust 2017, 11:52
"Qarabağ" bu futbolçu üçün 2 milyon təklif edir - 16 Avqust 2017, 11:39
"Qarabağ"ın oyunu ilə bağlı ən məzəli paylaşımlar - FOTO - 16 Avqust 2017, 11:21
Şəmkirdə kütləvi dava: bıçaqlananlar var - 16 Avqust 2017, 11:00
Bakının bu rayonunda qaz olmayacaq - 16 Avqust 2017, 10:48
Qazax sakini qardaşının arvadını çəkiclə döydü - 16 Avqust 2017, 10:30
Lənkəranda dəhşətli qəza – 2 ölü, 5 yaralı - 16 Avqust 2017, 10:18
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10