14:17 çərşənbə Axşamı, 17 Sentyabr 2019
Maqazin

Diplomunu cıran model: "Model yarışması açıq-aşkar bazardır" - VİDEO+FOTO

17:59, 07.06.20193454
Diplomunu cıran model:

 

 

"Miss and Mister Azerbaijan” yarışmasının qalmaqallı iştirakçıları Aytac Hüseynli və Günay Rüstəmli AZXEBER.COM-a müsahibə verib.

- Aytac xanım, yarışma haqda düşüncülərinizi bilmək istərdik...

- Hər dəfə məşqlərdə iştirak etmişəm. Bir dəfə də olsun məşqlərdən qalmamışam. Bizi hər dəfə hədələyib, deyirdilər ki, sonda balınız kəsiləcək. 3 ildir ki, bu sahədə fəalliyyət göstərirəm. Yeri gələndə cəsarətli fotosessiya da etmişəm ki, tamaşaçı baxıb dəyərləndirsin. Bu layihədə isə məni qiymətləndirməyiblər. Səbəb də odur ki, hər dəfə mənə başqa təkliflər ediblər, mən isə razılaşmamışam.

- Necə oldu ki, bu yarışmağa qatılmaq qərarına gəldiz?

Mən 3-cü dəfəidi ki, bu yarışa qatılırdım. Məqsədim də o olub ki, qalib olmasam da tac alım. Bu məsələ haqda dəfələrlə təşkilatçılarla görüşüb, danışmışıq. Onlar da demişsi ki, sən qalib olmasan da tac alacaqsan. O qədər dürüst insanam ki, bunlar mənə belə vədlər verəndə səslərini yazmadım. Final günündən əvvəl mənlə pis davranmağa başladılar. Daha sonra da təhqir etməyə başladılar. İndi arxamca şayiələr çıxardıblar ki, guya mən səviyyəsizəm. Final günü fransız stilində çıxış etdim. Orada fərqlilik edən mən idim. Qaliblərdən şübhələnirəm.

- Nə kimi şübhələriniz var?

- Şübhə edirəm ki, orada satış gedir.

- Haradan bu qənaətə gəldiniz? Sizə də pulla yer vermək istəyiblər?

-Mənə qiymət təklif etməmişdilər. Mənə təklif olunmuşdur ki, hərəkətdə ol. "Hərəkətdə ol” nə deməkdir? İmkanı olanlara pul, olmayanlara isə belə hərəkətli olmağı təklif edirlər.

 

-Sizdə hansısa qüsurlar olduğunu dedilər?

Mənim belimdə qüsur olduğu üçün çox düz dura bilmirəm. Bunlar mənim gözəlliyimə və ağlıma söz deyə bilmədilər, xaeroqrafiyama ilişdilər. Mən yenə onlara hörmət edərək, orada daha çox etiraz etmədim. Ən azından gərək dünən modelliyin qapısını döyənlərə titullar verilməzdi. Bu gündən o yarışa səviyyəsiz kimi baxıram”.

-Günay xanım, siz də yarışda iştirak edirdiz. Siz bu haqda nə düşünürsüz?

- Mən finala az qalanda uzaqlaşmaq istəyirdim. Dedilər etmə, sən qalib olacaqsan uzaqlaşma, hətta məni təhdid etdilər. Mənə sonda "Miss Sharm” mükafatı verildi. Mən isə bunu qəbul etmədim. Titulu onlara hörmət olaraq götürdüm. Sonra diploma möhür vurmalarına etiraz etdim. Hətta sonra diplomu cırdım. Açıq-aşkar bazardır. Yarımfinalda danışanda bildirdilər ki, titullarda satışdadır. Bilirdilər ki, imkanım var, mənə baha qiymət dedilər.

 

-Mükafatın pulla olduğunu iddia edirsiz?

-Orada qiymətlər çox yüksəkdir. 15 min manat civarındadır. Hətta mənə də təklif ediblər. Ancaq məndən 2 min AZN istəyiblər.

 

 

 

 

Nazim Qasımzadə 

XƏBƏR LENTİ