10:25 Cümə, 27 Aprel 2018
İDMAN

Dmitri Nazarov Almaniyada dubl etdi

18:52, 09.04.2017452
Dmitri Nazarov Almaniyada dubl etdi
Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın II Bundesliqasında mübarizə aparan "Aue"nin heyətində növbəti qollarını vurub.
 
"Report"un məlumatına görə, 27 yaşlı hücumçu XXVIII turun "Münhen 1860"la ev oyununda fərqlənib. O, 42 və 73-cü dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Nazarov sonadək meydanda olub. Bu qələbə sayəsində "Aue" xallarını 32-yə çatdırıb və 15-ci pilləyə yüksəlib. Eyni xala malik "Münhen 1860" isə 14-cüdür.
0
XƏBƏR LENTİ