10:33 Cümə, 27 Aprel 2018
İQTİSADİYYAT

Dolların ucuzlaşması “qara bazar”ı vurdu

10:28, 12.04.20178282
Dolların ucuzlaşması “qara bazar”ı vurdu
Aprelin ayının 12-də "qara bazar”da dolların alışı ucuzlaşıb. 
Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.63 manatdan 1.62 manata düşüb. ABŞ valyutasının satış məzənnəsi isə dəyişməyərək 1.64-1.65 manat olaraq qalıb.

Ötən günkü valyuta hərracından sonra dolların bir qədər də ucuzlaşması "qara bazar”da vəziyyəti çətinləşdirib. Belə ki, dollar dəyişmək üçün "qara bazar”a müraciət edənlər kəskin azalıb: "Dünəndən etibarən nə dollar, nə də manat alan var”.

Qeyd edəd ki, banklarda isə dolların alqı-satqısı 1.60-1.72 manat kursu ilə aparılır.
0
XƏBƏR LENTİ